Qusarda “Müasir cəmiyyətdə qadınların rolu” mövzusunda konfrans keçirilib
20.09.2014 [10:19]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı rayondakı Heydər Əliyev Mərkəzi ilə birlikdə “Müasir cəmiyyətdə qadınların rolu” mövzusunda konfrans keçirib. Konfransda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən qadınlar və partiyanın fəal üzvləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Neva Abdurahmanova müasir dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan qadınların rolundan danışıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbramxəlilov müstəqil Azərbaycanın inkişafında qadınların fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib. D.İbramxəlilov bildirib ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri məsələsinə də toxunan D.İbramxəlilov bildirib ki, partiyanın məqsədi seçkilərdə fəallıq nümayiş etdirmək, qadın bələdiyyə üzvlərinin sayını daha da artırmağa nail olmaqdır.
Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Qlıçova qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti ölkə qadınlarına bir nümunədir. O, deyib ki, əvvəlki seçkilərlə müqayisədə qadınların sayı parlamentdə dörd dəfə, bələdiyyədə isə beş dəfə artıb. Rayon təşkilatında 5418 nəfər partiya üzvünün 2399 nəfərin qadın olduğunu qeyd edən K.Qlıçova qadınların ictimai-siyasi həyatında fəallığının artırılması üçün bu qüvvədən səmərəli istifadə ediləcəyini bildirib.
Digər çıxışçılar - Qusar bələdiyyəsinin üzvü Reyhan Hüseynəliyeva, Xürəl kənd orta məktəbinin direktoru, ərazi ilk partiya təşkilatının sədri Rübabə Xasmətova da qadınların rayonun ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıblar.
Tədbirin sonunda konfrans iştirakçıları rayonun sənətkar qadınlarının əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

