YAP Yasamal rayon təşkilatı xeyirxahlıq missiyasını davam etdirir
11.09.2014 [09:47]
Bu il birinci sinfə gedəcək 150 uşağa məktəb ləvazimatları hədiyyə olunub
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar qaçqın, məcburi köçkün və imkansız ailələrin nümayəndələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov öncə qarşıdan gələn “Bilik günü” münasibətilə valideynləri və şagirdləri təbrik edib. O bildirib ki, rayon təşkilatı ənənəvi olaraq hər il “Bilik günü” ərəfəsində rayon ərazisində məskunlaşmış bir qrup qaçqın-köçkün, həmçinin, imkansız ailələrin nümayəndələri ilə görüşür və onların birinci sinfə gedən övladlarına məktəb ləvazimatları hədiyyə edir. Fikrət İsmayılov bu humanitar aksiyanın Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə 1996-cı ildən etibarən keçirildiyini deyib: “Ulu öndərimiz daim qaçqın-köçkün, eyni zamanda, imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək olaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik. Arzu edirik ki, torpaqlarımız işğaldan azad edilsin, həmin torpaqlarda məktəblər bərpa olunsun və övladlarımız öz yurdlarında təhsil alsınlar. İnanırıq ki, o gün uzaqda deyil”.
Fikrət İsmayılov onu da deyib ki, rayon təşkilatı, eyni zamanda, hər il aprel-may aylarında rayon ərazisində yaşayan imkansız ailələrin oğlan uşaqlarına sünnət mərasimi keçirir.
YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü, 13 saylı poliklinikanın baş həkimi Sədaqət Xudiyeva çıxışında birincilərə arzularını ifadə edərək məktəbin müqəddəs ocaq olduğunu deyib: “Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır”.
Çıxış edən valideynlər isə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və YAP Yasamal rayon təşkilatına minnətdarlıq ediblər.
Sonda bu il birinci sinfə gedəcək 150 uşağa məktəb ləvazimatları hədiyyə olunub.
Nadir
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

