/ / Nizami rayonunda “Milli Qəhrəmanlarımızı tanı” maarifləndirmə layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
Nizami rayonunda “Milli Qəhrəmanlarımızı tanı” maarifləndirmə layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
09.08.2014 [11:06]
Dünən Nizami rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilən “Milli Qəhrəmanlarımızı tanı” maarifləndirmə layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Sevinc Nəcəfova bildirib ki, “Milli Qəhrəmanlarımızı tanı” maarifləndirmə layihəsi ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq məqsədi ilə döyüşlərə atılaraq şərəfli döyüş yolu keçən və hazırda da həyatda olan və yenə də şərəflə xalqa, Vətənə xidmət edən Milli qəhrəmanlarımızın gənclərimizə tanıdılmasına xidmət edir.
Çıxış edən Nizami rayonu İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirən Milli qəhrəmanlarımızın gənclərlə görüşü unudulmaz və yaddaqalan hadisədir. Onların Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətin indiki və gələcək nəsillərə əsl örnək olduğunu deyən G.İsrafilova bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının, xüsusən də gənclərin Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını vurğulayıb.
Görüşdə Milli Qəhrəman Vahid Quliyev gənclərə keçdiyi döyüş yolundan danışıb. O, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi naminə yenidən döyüşə getməyə hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, Azərbaycanın öz xalqına arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var. Bildirib ki, Prezident İlham Əliyevin Ağdama, cəbhə xəttinə səfər etməsi cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı və hər bir azərbaycanlı gördü ki, bu ölkə 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Ona görə də, bu gün hər bir azərbaycanlıda əminlik var ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək.
Sonda 129 saylı məktəbin direktoru Samir Mehdizadə, “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı çıxış edərək bildiriblər ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımları haqqında məlumatlı olmaqla yanaşı, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub düşmənə sarsıdıcı zərbələr endirmiş milli qəhrəmanlarımızı tanımalı və onlardan nümunə götürməlidirlər. Vurğulanıb ki, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanlar təbliğ edilməlidir, çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün bir örnəkdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

