YAP Gənclər Birliyinin “Yay məktəbi”nin IV turunun bağlanış mərasimi keçirilib
01.08.2014 [09:46]
Günün birinci yarısında təqdimat, təlim, ikinci yarısında isə gənclərin regiona səfəri olub
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” Oğuz rayonunda dünən işini başa vurub. “Yay məktəbi”nin sonuncu günündə YAP-ın gənc fəalı Orxan Əhmədovun moderatorluğu ilə YAP Gəncə şəhər təşkilatı GB-nin fəalları “Gəncə-Avropa Gənclər Paytaxtı 2016” mövzusunda təqdimat keçirib. O.Əhmədov bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçün “Avropa gənclər paytaxtı” seçilməsi Azərbaycanın və onun gəncliyinin böyük uğurudur. Avropa gənclər paytaxtının seçimi münsiflər heyəti vasitəsilə müəyyən olunub. Münsiflər heyəti Avropa Gənclər Forumu, Avropa Şurası, Avropa İttifaqı və bir sıra beynəlxalq qurumların nümayəndələrindən təşkil olunub.
O.Əhmədov qeyd edib ki, ilk dəfə “Avropa gənclər paytaxtı” layihəsi 2009-cu ildə həyata keçirilib. Gəncə şəhəri 2016-cı ildə “Avropa gənclər paytaxtı” olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşularaq Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə mübarizə aparıb. Onun sözlərinə görə, “Avropa gənclər paytaxtı” seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş edirmək imkanı qazanır.
Təqdimatda YAP Gəncə şəhər təşkilatı GB-nin fəalları tərəfindən hazırlanan “Ganja EYC 2016” fləşmobu nümayiş etdirilib. Mövzu gənclər tərəfindən olduqca maraqla qarşılanıb.
Daha sonra YAP fəalı Həbibə Sadıqlının moderatorluğu ilə “Biznes layihələrdə məqsəd və hədəflərin müəyyən edilməsi” mövzusunda təlim keçirilib. H.Sadıqlı layihə anlayışı haqqında auditoriyanın rəyini öyrənib. Sonra müvafiq olaraq sosial, ekoloji və digər layihələrlə biznes layihələri arasındakı fərqlər aydınlaşdırılıb. H.Sadıqlı biznes layihələrində məqsəd və hədəf anlayışlarını müxtəlif mənbələrə əsaslanaraq izah edib. Daha sonra iştirakçılar 2 komandaya bölünüb və verilən təlimatlara uyğun olaraq tapşırıqlar yerinə yetirilib. Sonda komandaların müxtəlif biznes layihələri üzrə məqsəd və hədəflərə dair təqdimatı keçirilib.
Diskussiya şəklində davam edən təlimlərdə bir daha qeyd olunub ki, ölkəmizin uğurları davamlıdır və bunu şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və müxtəlif sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar.
Günün ikinci yarısında isə gənclərin regiona səfəri olub. Səfər çərçivəsində təşkil olunmuş gəzintidə gənclər regionun maraqlı yerləri ilə tanış olublar. Daha sonra YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi”nin dördüncü turunun bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində bir qrup fəal gəncə fəxri fərmanlar təqdim olunub. Gənclər onlara yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə və YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildiriblər. Bu fikir xüsusi vurğulanıb ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Günbəgün qüdrətlənən, zənginləşən, inkişaf edən ölkəmizin uğurlarına töhfə vermək hər bir Azərbaycan gəncinin ən böyük arzusudur.
Sonda xatirə şəkli çəkdirilib.
Cavid ƏkbƏrov
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

