/ / Lerikdə "Yay məktəbi"nin IV turu çərçivəsində “Leadership” (Gənclərə Liderlik xüsusiyyətlərinin öyrədilməsi) mövzusunda təlim keçirilib
Lerikdə "Yay məktəbi"nin IV turu çərçivəsində “Leadership” (Gənclərə Liderlik xüsusiyyətlərinin öyrədilməsi) mövzusunda təlim keçirilib
30.07.2014 [14:05]
Lerikdə gənclərin “Yay məktəbi” uğurla davam edir. Bu dəfəki təlimdə gənclərə liderlik keyfiyyətləri aşılanıb
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Lerik rayonunda təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin dördüncü turu uğurla davam edir. Layihə çərçivəsində, iyulun 30-da, qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq, “Leadership”(Gənclərə Liderlik xüsusiyyətlərinin öyrədilməsi) mövzusunda təlim keçirilib.
Öncə Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov mövzu ilə bağlı gənclərə öz təvsiyyələrini verib.
Sonra tədbir Mahmud Məmmədzadənin moderatorluğu ilə davam etdirilib. Təlim zamanı gənclərlə praktiki oyunlar keçirilib, gənclərə komandada işləmək bacarıqları öyrədilib, Liderliyin müxtəlif növləri haqda məlumat verilib. Əsl liderin necə formalaşması, onun insanları öz ideyalarına inandıra bilməsi, onları öz ətrafına toplaya bilməsi keyfiyyətləri öyrədilib.
Təlim qarşılıqlı dialoq şəklində davam etdirilib və gənclər aktiv şəkildə müzakirələrlə qoşulublar.
Təlim zamanı Ümummilli liderimiz Heydər Əliyevin Liderlik keyfiyyətləri barədə danışılıb, Onun Azərbaycana rəhbərlik etdiyi ayrı-ayrı dövrlərdə ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, respublikamızın inkişafı, onun keçmiş SSRİ-nin adi bir aqrar respublikasından güclü iqtisadiyyata malikr sənaye ölkəsinə çevirməsindən, təhsilin inkişafı, ana dilimizn dövlət dili səviyyəsinə yüksəldilməsi, gələcək Milli Ordumuzun əsasını təşkil edəcək hərbi kadrlaın hazırlanması istiqamətindəki fəaliyyəti qeyd olunub.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə, 1993-cü ildə yenidən ölkədə siyasi hakimiyyətə gəlməsi, bütün riskləri öz üzərinə götürərək, ordusu dağılmış, cəbhədə ağır məğlubiyyətlərə uğramış, xəzinəsi boşaldılmış, iqtisadiyyatı çökmüş, milli ziyalı elitasının çörək pulu qazanmaq məqsədilə başqa dövlətlərə üz tutmuş bir məmləkəti çox qısa bir zamanda necə dirçəldə bilməsi xüsusi olaraq vurğulanıb.
Heydər Əliyevin Liderlik keyfillətləri dünyanın tanınmış dövlət xadimlərinin şəxsi keyfillətləri ilə müqayisə edilib, Onun daha üstün Liderlik keyfiyyətlərinə malik olması qabardılıb. Qeyd olunub ki, həqiqətən də əsl Lider ətrafındakı olan kadrlar və ölkənin üzləşdiyi mövcud çətinliklərdən asılı olmayaraq, istənilən halda, riskləri öz üzərinə götürərək ölkəsini düşdüyü çətin durumdan xilas etməyi bacarmalıdır və bütün bu keyfiyyətlərin hamısı Ümummilli lider Heydər Əliyevdə cəmlənmişdi.
Fasilədən sonra gənclər qruplara bölünərək, ayrı-ayrı siyasi partiyalar şəklində qarşıdan gələn “prezident seçkiləri”nə hazırlaşıblar. Hər “partiya” özünün plarformasını hazırlayıb və “prezidentliyə namizədini” irəli sürüb.
“Prezidentliyə namizəd”in vəkilləri partiyalarının seçki proqramlarını səsləndiriblər və “Lider”lərini ictimaiyyətə təqdim ediblər. Bütün “namizədlər”in seçki platformaları dinlənildikdən sonra Yeni Azərbaycan Partiyasından olan namizədin seçki platforması daha mükəmməl hesab edilib. Əminliklə vurğulanıb ki, bu dəfəki prezident seçkisində də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd seçicilərin mütləq əksəriyyətinin səsini qazanacaq.
Günün ikinci yarısında isə gənc liderlər müxləlif idman yarışlarında iştirak ediblər. Həmçinin interaktiv və intelektual oyunlarda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

