YAP Gənclər Birliyinin «Yay məktəbi» uğurla davam edir
30.07.2014 [10:19]
İyulun 27-dən avqustun 1-dək davam edəcək YAP Gənclər Birliyinin «Yay məktəbi»nin ikinci günü artıq arxada qalır. 50-ə yaxın fəal gəncin iştirak etdiyi Oğuz «Yay məktəbi»ndə «Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilində rolu» mövzusunda diskussiya təşkil olundu.
Milli Məclisin deputatı, qrup rəhbəri Kamilə Əliyeva dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan geniş bəhs etdi. Bildirdi ki, təhsil hər bir dövlətin inkişafının əsas özülünü təşkil edir. Məhz güclü rəqabətin, qlobal inteqrasiyanın, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Azərbaycan da bu qlobal dünyanın artıq bir üzvünə çevrilib və bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində olması dövlətin başlıca prioritetlərindən birinə çevrilib. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar, qəbul edilmiş qərarlar təhsilin, elmin inkişafına ayrılan vəsaitin səviyyəsində də özünü göstərmişdir.
K.Əliyeva bildirdi ki, Azərbaycan təhsilinin uğurlu inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin əsasını qoyduğu inkişaf yolu bu günki Azərbaycan təhsilinin özəyini təşkil etmiş olur. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər bir addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərlik etdiyi ilk illərdə sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından intqerasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd etmişdir.
Qrup rəhbəri qeyd etdi ki, son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental konsepsiya olduğu aydınlaşmış olur. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.
Əlavə olaraq bu fikir də vurğulandı ki, xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həm birinci dönəmində, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir.
Diskussiyada gənclərdən Günel Əkbər (Səbail rayonu YAP GB), Məmmədov Rəşad (Yasamal rayonu YAP GB), Əhmədov Orxan (Gəncə şəhəri YAP GB), Elçin Əhmədov (Nizami rayonu YAP GB), Anar Şahmuradov (Ağdaş rayonu YAP GB), Asəf Hüseynli (Samux rayonu YAP GB), Əzimov Əziz (Göyçay rayonu YAP GB), Əzizov Emil (Ağdaş rayonu YAP GB) və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışaraq onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər.
Diskussiyada gəncləri maraqlandıran suallar da cavablandırıldı. Sonra gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirildi. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vuruldu.
Cavid Əkbərov, “İki sahil”
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

