Azərbaycanda informasiya cəmiyyətinin inkişafı xüsusi diqqət mərkəzindədir
23.07.2014 [09:38]
Oğuz rayonunda YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu öz işini davam etdirir
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu öz işini davam etdirir. İyulun 22-də ənənəvi olaraq seminar-diskussiya keçirilib, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
“Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda keçirilən seminarda çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, Oğuz III tur qrupunun rəhbəri Təranə Kərimova bildirib ki, Azərbaycanda informasiya cəmiyyəti və elektron dövlət quruculuğu prosesi uğurla davam etdirilir: “Məhz bunun sayəsində ölkəmizdə internet istifadəçilərinin sayı sürətlə artır, İKT sektoru dinamik inkişaf tempi əldə edib. Hazırda Azərbaycan İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri sırasında ön sıralardan birini tutur. Mötəbər beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqinin, internet infrastrukturunun inkişafının, eləcə də internet azadlığının yüksək səviyyədə təmin olunmasının göstəricisidir”.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında internet infrastrukturunun davamlı inkişafının, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapdığını deyən qrup rəhbəri Azərbaycanın internet şəbəkəsinin təhlükəsizliyinin gücləndirilməsi, kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha effektli mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi istiqamətində müvafiq beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə intensiv və səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Daha sonra mövzu ilə bağlı çıxış edən tədbirin moderatoru, “Aztelekom” İstehsalat Birliyinin Marketinq və Satış Departamentinin strateji araşdırmalar şöbəsinin rəisi Mədinə Əliyeva Azərbaycanda İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu vurğulayıb və ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən Dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb: “Son illər bu istiqamətdə qəbul edilən Dövlət proqramları İKT sektorunun inkişafının konseptual əsaslarını təşkil edir. Ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər, inkişaf tempinin günbəgün daha da artması müvafiq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Biz inanırıq ki, 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizə daha yüksək səviyyəyə çatacaq. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin də üzərinə yeni və məsuliyyətli vəzifələr düşür.
Bilirsiniz ki, Azərbaycanın ilk telekommunikasiya peyki uğurla yerətrafı orbitə çıxarılıb. Bu, tariximizdə çox əlamətdar hadisədir. Telekommunikasiya peyki yerətrafı orbitdə geostasionar orbit olmaqla, həm Azərbaycanın, həm də Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region ölkələrini əhatə etməklə böyük arealda insanların telekommunikasiyaya olan tələbatını ödəyəcək”.
Qeyd edilib ki, İKT Azərbaycanda getdikcə aparıcı sahəyə çevrilir. Bu sektorun inkişafı ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafına mühüm töhfələr verir. Artıq dağlıq zonalardakı məktəblərdə belə internetə çıxış imkanlarının artırılması işləri aparılır.
Bildirilib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı xüsusi diqqət mərkəzindədir. Yüksək intellektual imkanlara malik olan kadr potensialının formalaşdırılması da İKT sektorunun inkişafına əhəmiyyətli töhfələr verir.
Daha sonra mövzu ilə bağlı diskussiya aparılıb, gənclər mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

