/ / Oğuz rayonunda YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu davam edir
Oğuz rayonunda YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu davam edir
22.07.2014 [09:28]
Dünən “Yay məktəbi”ndə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş seminar keçirilib
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu öz işini davam etdirir. İyulun 21-də seminar-diskussiya keçirilib, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
“Yay məktəbi” çərçivəsində dünən layihə iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Oğuz rayonunda yerləşən abidəsini ziyarət ediblər. Oğuz III tur qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova gənclərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək bildirib ki, Ümummilli lider Azərbaycan gəncliyinə daim diqqət və qayğı göstərirdi. Məhz Onun hakimiyyəti illərində Azərbaycan gəncliyinin inkişaf mərhələsinə qədəm qoyduğunu deyən qrup rəhbəri bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daha sonra “Qarabağ münaqişəsi və aidiyyəti beynəlxalq təşkilatlar” mövzusunda seminar keçirilib. YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, qrupun rəhbəri Təranə Kərimova bildirib ki, bu gün Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, regional siyasi məsələlərə olan diqqət gündəmdə olan ən əsas məsələlərdəndir: “Bu baxımdan, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ön plandadır. AŞPA-nın sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışının əsas hissəsi Dağlıq Qarabağ məsələsi və bu məsələdə beynəlxalq təşkilatların sözügedən münaqişəyə münasibətinə həsr olunmuşdu.
Məlumdur ki, ATƏT-in Minsk qrupu müəyyən addımlar atsa da, qarşısına yeganə məqsəd kimi ancaq atəşkəsin qorunmasını qoyur. Bu isə Azərbaycan dövlətini qane etmir. Məhz Prezident İlham Əliyev Öz çıxışı ilə münaqişəni istənilən yolla həll edə biləcək bir dövlətin siyasi iradəsini nümayiş etdirdi”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Əzəli Yurdum Qarabağ” layihəsinin müəllifi Əli Qənbərli bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli vaxtdır ki, Azərbaycan xalqının bir nömrəli problemi kimi öz aktuallığını saxlamaqdadır: “Bu məsələdə Azərbaycan xalqının və dövlətinin mövqeyi kifayət qədər aydın və qətidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bu yolun alternativi yoxdur. Beynəlxalq birliyin əksər üzvləri də açıq müzakirələrdə həmin yanaşmanı bölüşürlər. Çünki Azərbaycanın israr etdiyi mövqe həm də beynəlxalq birliyin qəbul etdiyi ən vacib normaları özündə əks etdirir. Lakin qarşı tərəfin - təcavüzkar Ermənistanın bütün beynəlxalq hüquq normalarına hörmətsizlik ifadə edən mövqeyi problemin həllinin ləngiməsinə və onun bölgədə siyasi və hərbi təhlükəsizliyə ciddi təhdid kimi qalmasına stimul verir”.
Daha sonra çıxış edənlər Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən danışaraq bildiriblər ki, atəşkəs mərhələsi Azərbaycan üçün kifayət qədər ciddi uğurlarla yadda qalıb. Diqqətə çatdırılıb ki, 1994-cü ildə Azərbaycan “Əsrin müqaviləsi” adlanan tarixi razılaşmanın imzalanmasına nail oldu. Bu, Azərbaycanı beynəlxalq güclərin iqtisadi maraqlarının uzlaşdığı bir ölkəyə çevirdi. Razılaşma həm də regionun, xüsusilə də Azərbaycanın təhlükəsizliyi üçün etibarlı iqtisadi və hüquqi zəmin yaratmış oldu. Atəşkəs haqqında sazişin imzalanmasından sonra Azərbaycan bir çox mühüm diplomatik nailiyyətlər əldə etməyə və Ermənistanın təcavüzkar dövlət olaraq beynəlxalq ictimaiyyətin gözü qarşısında ifşası istiqamətində tarixi addımlar atmağa müvəffəq oldu. Bu proses bu gün də davam etməkdədir.
Bildirilib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin üzərinə bir çox vəzifələr düşür.
Daha sonra gənclər mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

