YAP Nizami rayon təşkilatında 700 bal toplamış abituriyentlərlə görüş keçirilib
17.07.2014 [04:49]
Bu il qəbul imtahanlarında 700 bal toplayan Nizami rayonunun gənc zəkaları ilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında görüş keçirilib. Onlara YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın təbrikləri və xoş arzuları çatdırılıb.
Dünən keçirilən görüşdə öncə qeyd edilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək balı - mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. Onların ümumi sayı 7 nəfər olsa da, 3 nəfəri Nizami rayonu ərazisindəki təhsil ocaqlarının abituriyentləridir.
Məlumat verilib ki, onlar – Qurbanlı Könül Yusif qızı “Zəngi” liseyinin, İbrahimov Eltun Nazim oğlu “Kimya-biologiya” təmayüllü respublika liseyinin və Hacılı Məmməd İsmayıl oğlu Azərbaycan Beynəlxalq Təhsil Kompleksi Beynəlxalq Dədə Qorqud liseyinin şagirdləri olublar.
Vurğulanıb ki, qəbul imtahanlarında ən yüksək nəticəni göstərmək hər bir abituriyent və onun valideynləri üçün qürur hissidir, böyük xoşbəxtlikdir. Eyni zamanda, 700 bal toplamış abituriyentlər təmsil etdikləri rayonun fəxri olmaqla yanaşı, rayon sakinlərinin də böyük rəğbətini qazanırlar.
Öz növbəsində, görüşdə sevincini paylaşan Könül Qurbanlı deyib ki, əldə etdiyi nəticələrə və uğurlara görə müəllimlərinə və valideynlərinə minnətdardır. Təhsil aldığı “Zəngi” liseyinin rəhbərliyinin və müəllim heyətinin daim şagirdlərin mükəmməl təhsil almaları üçün səy göstərdiklərini bildirən Könül Qurbanlı əlavə edib ki, dövlətimizin təhsil sektoruna ayırdığı diqqət və qayğı şagirdlərin uğurlarının timsalında özünü göstərir.
Eltun İbrahimov isə qeyd edib ki, bu uğuru qazanacağına əmin idi. Orta məktəbdə oxuyarkən hər zaman yüksək nəticələr göstərdiyini vurğulayan Eltun İbrahimov deyib: “Qəbul imtahanında 700 bal toplayacağıma öncədən əmin idim. Qəbuldan öncə keçirilən sınaq imtahanlarında da yaxşı nəticələr göstərdiyimə görə 700 bal toplayacağıma inanırdım. Düzdür, müəyyən tərəddüdlərim var idi. Amma qələbəyə əminlik sonda öz sözünü dedi”.
Məmməd Hacılı da uğuruna əmin olduğunu bildirməklə yanaşı, ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən razılıq edib. Bildirib ki, dövlətimiz gənclərin inkişafı, onların yeni texnologiyalar, elmin yeni nailiyyətləri ilə yaxından tanışlığı üçün gözəl şərait və imkanlar yaradıb. Təhsil ocaqlarımız kompüterlərlə təchiz olunub, yüksək təlim-təhsil şəraiti mövcuddur: “Yüksək ixtisaslı, peşəkar müəllimlər mənə dərs deyib, öz müəllimlərimdən hər zaman razı olmuşam”.
Sonda qazandıqları bu uğurlara görə oxuduqları məktəbin müəllim kollektivinə və yaradılan şərait üçün Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq edən Nizami rayonunun gənc fəxrləri gələcək abituriyentlərə də daha yaxşı oxumağı arzulayıblar: “Hər bir şagird uşaq yaşlarından hazırlaşmalıdır. Çünki uğura aparan yol yaxşı oxumaqdan, bilikli olmaqdan keçir”.
Valideynlər də, öz növbələrində, övladlarının bu böyük uğura imza atmaları ilə fəxr etdiklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

