Bakı Sağlamlıq Mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
16.07.2014 [10:03]
Dünən Bakı Sağlamlıq Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılmasına həsr olunmuş toplantı keçirilib. İlk təşkilat YAP Nərimanov rayon təşkilatının nəzdində yaradılıb.
Tədbiri giriş sözü ilə açan Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov hazırda bu tibb müəssisəsində 100 nəfərə qədər YAP üzvü olduğunu deyib. T.Bəbirov bildirib ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir: “Buna görədir ki, partiyanın sıraları günbəgün genişlənir”.
YAP-ın sıralarında tibb işçilərinin də kifayət qədər fəal təmsil olunduqlarını deyən baş həkim qeyd edib ki, hazırda dövlət rəhbərliyi tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Onun fikrincə, Bakı Sağlamlıq Mərkəzi kimi müasir tibb müəssisəsinin tikilib istifadəyə verilməsi də bu diqqətin bariz nümunəsidir.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, ölkəmizi dinamik inkişaf yoluna çıxarmış Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və Azərbaycanın həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub. Yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
T.Tağıyev deyib ki, YAP Nərimanov rayon təşkilatının üzvləri qürur duyurlar ki, Bakı şəhərində partiyamızın ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb. O əmin olduğunu bildirib ki, yeni yaranan ilk partiya təşkilatı ən nümunəvi yerli partiya strukturlarından biri olacaq.
Ölkəmizin hərtərəfli surətdə inkişaf etdiyini deyən T.Tağıyev Bakı Sağlamlıq Mərkəzinin istifadəyə verilməsini də bu inkişafın nümunəsi kimi dəyərləndirib: “Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır”.
İclasda təşkilati məsələlərə baxılıb, Lena Hacıyeva ilk partiya təşkilatının sədri seçilib. Eyni zamanda, təşkilatın 11 nəfərdən ibarət idarə heyəti müəyyənləşib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

