YAP GB “Heydər Əliyev - 45 il Azərbaycan uğrunda” mövzusunda tədbir keçirib
15.07.2014 [10:17]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə qurumun ofisində “Heydər Əliyev - 45 il Azərbaycan uğrunda” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP GB-nin sədr müavini Samirə Quliyeva, ofis rəhbəri Əli Pənahov, YAP GB fəalları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP GB-nin sədr müavini Samirə Quliyeva bu tarixin ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdırıb.
O bildirib ki, 1969-cu il 14 iyul tarixini gənclərlə yanaşı, bütün Azərbaycan xalqı qürurla qeyd edir: “Ulu öndər Heydər Əliyevin 45 il bundan öncə respublikanın rəhbəri seçilməsi Azərbaycanın inkişafında əvəzolunmaz tarixi hadisədir. 1969-cu ildə Azərbaycanın kənd təsərrüfatı, sənayesi tənəzzülə uğramışdı. Məhz Ulu öndərin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikamız inkişafa qədəm qoydu. Bugünkü Azərbaycan əsası Ulu öndər tərəfindən qoyulan möhkəm təməl üzərində dayanır və getdikcə inkişaf edir. O, öz fəaliyyəti ilə müstəqil Azərbaycanın tarixində silinməz izlər qoydu, bütün bu illər ərzində əsl rəhbər kimi Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi”.
Toplantıda həmçinin YAP GB tərəfindən hazırlanan və Ümummilli liderə həsr edilən video-çarx da nümayiş etdirilib.
Tədbirdə söz alan millət vəkili Hüseynbala Mirələmov isə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tanıdılması və dilimizin dövlət dili kimi qəbul edilməsi istiqamətində gördüyü işlərdən danışıb: “Ümummilli lider 1972-ci ildə Naxçıvanski adına hərbi məktəbin açılışına nail oldu. O zaman bunu etmək həddindən artıq çətin idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, dahi şəxsiyyət bunu bacardı. Bunun ardınca Ulu öndərin təkidi ilə Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya daxil edildi”.
Tədbir diskussiya şəklində davam edib.
Qeyd edək ki, tədbirdən öncə YAP GB-nin üzvləri Heydər Əliyev Mərkəzində olublar.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30

