Oğuzda “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusunda diskussiya təşkil olunub
11.07.2014 [10:03]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin I turu davam edir. Belə ki, I tur çərçivəsində Oğuzdakı “Afra” hoteldə gənclər arasında “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusunda diskussiya təşkil olunub. Diskussiyanın moderatoru YAP GB ofisinin koordinatoru Aytən Hüseynova olub.
A.Hüseynova Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından söz açaraq, eyni zamanda, Ümummilli liderin Azərbaycanın gənclər siyasətinin əsasını qoyduğunu, gəncliyə böyük önəm verdiyini qeyd edib. Çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gəncliyin inkişafı istiqamətində həyata keçirilən işlərdən də bəhs edən moderator, ölkə başçısının Ulu öndər Heydər Əliyevin ideyalarını yüksək səviyyədə həyata keçirdiyini bildirib. O, daha sonra YAP-ın yaranma tarixindən, partiyanın hər zaman gənclərə dəstək verərək, onların ölkənin ictimai-siyasi həyatında iştirakını təmin etməsindən danışıb. Natiq, YAP GB-nin yaranması, özündə böyük gənclər kütləsini birləşdirməsi, həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib.
Qeyd edilib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edir. Eyni zamanda, partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir: “Ümumiyyətlə, Ulu öndərimizin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir”.
A.Hüseynovanın sözlərinə görə, Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, beynəlxalq əlaqələrin genişlənməsi, asudə vaxtlarının səmərəli təşkili, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. “Hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmalarının, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərlə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər” - deyə, A.Hüseynova vurğulayıb.
A.Hüseynova region gəncləri ilə iş aparılmasının da vacibliyini qeyd edib. Daha sonra YAP GB-nin həyata keçirdiyi layihələr və tədbirləri əks etdirən fotoslayd nümayiş olunub.
Tədbir gənclər arasında diskussiya ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21

