YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinə start verilib
08.07.2014 [10:26]
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük önəm verir
Məlum olduğu kimi, Azərbaycanda gənclərə diqqət və qayğı dövlətin siyasətində prioritet istiqamətlərdəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Prezident İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır.
Yeri gəlmişkən, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqət və qayğıdan qaynaqlanır. Gənclərin partiyaya axını onların Heydər Əliyev ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, gənclər YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər.
Ümumiyyətlə, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək yerinə düşər. Sözügedən layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Qeyd edək ki, artıq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti “Yay məktəbi” layihəsinə start verilib. Bununla bağlı iyulun 5-də YAP Mərkəzi Aparatında toplantı keçirilib. Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Gənclər Birliyi ofisinin əməkdaşları və layihənin ilk mərhələsində yer alacaq gənclər iştirak ediblər.
Toplantıda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov hər il həyata keçirilən “Yay məktəbi” layihəsinin məqsədinin gənclərin biliklərinin möhkəmləndirilməsi, istirahətinin səmərəli təşkili olduğunu qeyd edib: “Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük önəm verir. Gənclərlə bağlı layihələr də gənclərin inkişafına xidmət edir. “Yay məktəbi” kimi layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır”.
S.Novruzov bildirib ki, gənc siyasətçilərin formalaşmasında da bu tipli layihələr vacib rol oynayır.
Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP İcra katibinin müavini partiyamızın bu siyasətin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu il “Yay məktəbi” layihəsi daha da geniş şəkildə təşkil olunacaq. “Belə ki, iyulun 6-dan başlayaraq 800 gənc 6 mərhələdə Lerik və Oğuzda “Yay məktəbi”ndə iştirak edəcək. Burada Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də iştirak edəcək. Layihə çərçivəsində nəzərdə tutulmuş proqrama görə, gənclərin ictimai-siyasi şəxslər və region gəncləri ilə görüşləri, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər və s. təşkil olunacaq. Layihənin icrası partiyanın rəhbər şəxslərinin nəzarətində olacaq. Ancaq “Yay məktəbi”ndə əsas iş gənclərə həvalə olunub” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etməyi tövsiyə edib. O, gənclərin və xanımların ölkənin ictimai-siyasi həyatında rolunun daha da artırılması istiqamətində YAP-ın daima işlər apardığını, qarşıdan gələn bələdiyyə seçkiləri zamanı daha çox gənclər və xanımların namizədliyinin irəli sürüləcəyini vurğulayıb.
Daha sonra tədbir iştirakçılarına layihənin proqramı haqqında məlumatlar verilib. Qeyd edək ki, tədbir çərçivəsində YAP GB-nin ofisinin yeni rəhbəri Əli Pənahov gənclərə təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

