Gəncədə “İnkişaf akademiyası” layihəsi reallaşıb
02.07.2014 [10:06]
Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının dəstəyi, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə gənclər üçün 2 günlük yay düşərgəsi reallaşıb. Gəncə şəhər Hacıkənd qəsəbəsində, təbiət qoynunda baş tutan “İnkişaf akademiyası” adlı layihənin əsas məqsədi partiyanın üzvü olan fəal gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşünün formalaşmasını və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək olub.
Tədbirdə qonaq qismində YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, partiya təşkilatının məsul işçiləri iştirak ediblər. Tədbirin rəsmi hissəsini açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, bu gün Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir, yaradılan geniş imkanlardan səmərəli istifadə edərək, qüvvə və bacarıqlarını göstərirlər: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsində Azərbaycanın ilk “Gənclər Paytaxtı” olan və “Avropa Gənclər Paytaxtı - 2016” müsabiqəsinin qalibi adını qazanan Gəncə şəhərinin təşəbbüskar və mübariz gəncləri bu gün nəinki şəhərimizdə, eləcə də respublikada, Avropa şəhərlərində xüsusi fəallıqları, yüksək intellekt və təfəkkürləri ilə fərqlənirlər. Qələbələr, zəfərlər gənclərin əzmkarlığını, qətiyyətini artıraraq, onları daha böyük səylə işləməyə sövq edir. Gənclər təşkilatları şəhərdə həyata keçirilən mühüm yerli və beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər. Bu gün gənclər siyasəti Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının gündəlik fəaliyyətində xüsusi önəm daşıyır və diqqət mərkəzində saxlanılır. 2011-ci ildən bu günə kimi şəhərdə gənclər sahəsi üzrə 340-dan artıq yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, həmin tədbirlərdə minlərlə gənc iştirak edib. Beynəlxalq tədbirlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olur. “İnkişaf akademiyası” adlı bu layihə də gənclərin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək, gənclər arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm rol oynayacaqdır”.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev layihənin mahiyyəti və qaydaları barədə, son illər gənclərin iştirakı ilə Gəncədə keçirilən beynəlxalq tədbirlər, dəyərli layihələr haqqında geniş məlumat verib.
Qeyd edək ki, layihədə iştirak etmək üçün 142 nəfər müraciət edib və onların sırasından 30 nəfər seçilib. “İnkişaf akademiyası” layihəsi yay tətili boyunca mütəmadi olaraq keçiriləcək və yeni gənclər bu təlimlərdən faydalanacaqlar. Sonda layihədə fəal iştirak edən gənclərə sertifikatlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

