YAP Nizami rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sərgi keçirilib
20.06.2014 [09:14]
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Döyüşə hər zaman hazırıq!” mövzusunda sərgi-tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin Azərbaycan ordusu ilə bağlı çəkdikləri şəkillərlə tanış olublar. Eyni zamanda, sərgidə nümayiş olunan təlim silahları da qonaqların diqqətinə çatdırılıb.
Sonra sərgi-tədbirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, tədbirin iyun ayının 19-da keçirilməsinin rəmzi mənası var. O bildirib ki, məhz 1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən erməni daşnaklarının və bolşeviklərin hücumlarının qarşısını almaq üçün ölkədə hərbi vəziyyət elan edilib və bir həftə sonra ordunun formalaşdırılması prosesi başlanıb.
Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev çıxış edərək ölkədə özbaşınalığın, xaosun yaşandığı bir vaxtda - 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıblar.
Tədbirə yekun vuran YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli Ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir: “Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ulu öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib”.
Sərgi-tədbirin sonunda gənc rəssamlara diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

