“Yeni Azərbaycan Partiyası və gənclik”
13.06.2014 [09:24]
YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyası və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyası və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusunda tədbir keçirilib. YAP Binəqədi rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan Partiyadaxili inkişaf və intizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov öncə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən K.Kərimovun sözlərinə görə, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Komissiya sədri Yeni Azərbaycan Partiyasının da müasir gəncliyin hərtərəfli inkişafına güclü dəstək verdiyini diqqətə çatıdırıb.
O, çıxışında, həmçinin, YAP-ın İdarə Heyətinin qərarına əsasən bu ilin yanvar ayından respublikamızın sosial, iqtisadi, ictimai, siyasi sahələrini əhatə edən 12 komissiyanın yaradıldığını xatırladıb. K.Kərimov YAP-ın 150-yə qədər fəal gənci arasında anket sorğusunun keçirildiyini deyərək qeyd edib ki, sorğuda gənclərin bütün təkliflərinə hörmətlə yanaşılıb, sorğunun anonimliyi təmin edilib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə xüsusi diqqət göstərdiyini bildirib. S.Quliyeva gənclər arasında keçirilən sorğunun gənclərin fikir və təkliflərinin öyrənilməsi baxımından vacib olduğunu və tədbir vasitəsilə sorğunun nəticələrinin gənclərə çatdırılmasının təqdirəlayiq hal olduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazda ən böyük siyasi qüvvə olduğunu və gənclərin partiyaya axınının günü-gündən artdığını bildirib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov isə çıxışında “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusunda tədbirin əhəmiyyətini qeyd edib, həmçinin, Binəqədi rayonunda gənclərin fəallığından söhbət açıb. O, Binəqədi rayonunun günü-gündən inkişaf etdiyini, rayon rəhbərliyinin gəncləri hər zaman müxtəlif vəzifələrdə irəli çəkdiyini, gənclərə etimad göstərildiyini də diqqətə çatdırıb. R.Göyüşov gəncliyin böyük qüvvə olduğunu və tarixin bütün dövrlərində gənclərin böyük, yaradıcı işlər gördüyünü vurğulayıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov Bakı və region gəncləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini bildirib. O, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, YAP-ın gənclərin həyatında mühüm rolundan danışaraq partiyanın həyata keçirdiyi tədbirlərin hər bir gəncin inkişafına xidmət etdiyini vurğulayıb.
Tədbirdə, eyni zamanda, YAP İcra Katibliyinin əməkdaşı Rahu Qurbanova, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov, YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov, YAP Gənclər Birliyinin mərkəzi ofisinin koordinatoru Aytən Hüseynova, YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nərminə Yunusova, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Əli Qəmbərli və başqaları çıxış ediblər. Çıxışlarda YAP üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğu qeyd edilib. Bildirilib ki, partiyamızın həyata keçirdiyi uğurlu fəaliyyət gənclərin öz siyasi talelərini YAP-la bağlamasını şərtləndirir. Tədbirdə dövlət gənclər siyasətinin əhəmiyyəti və onun nəticələri haqqında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

