Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib
13.06.2014 [09:24]
İyunun 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününün 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O, 1993-cü il iyunun 15-dən ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Z.Qaralov qeyd edib ki, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına şərait yaratdı. Ulu öndərin gərgin səyləri sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşamaları, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Çünki məhz Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşdı.
Z.Qaralov deyib: “Həmin dövrdə Azərbaycan ağır günlərini yaşayırdı. Ölkəni bürüyən iqtisadi tənəzzül, ictimai-siyasi gərginlik, siyasi qüvvələr arasında ziddiyyətlər respublikanı fəlakətə sürükləyirdi. Xatirəsini daim əziz tutduğumuz Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələrək başlıca qayəsi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsasını qoydu. Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də Heydər Əliyev deyəndə Azərbaycan xalqı, Azərbaycan xalqı deyəndə Heydər Əliyev xatırlanır”.
Z.Qaralov Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən də söhbət açıb.
Sonra Səbail rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Faiq Qurbanov Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi haqqında Milli Məclisin qərarını, Ulu öndərin Milli Məclisin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışının mətnini, dahi şəxsiyyətin 1993-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının məlumatını və parlamentin 15 iyunun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında 1997-ci ildə qəbul etdiyi qərarı oxuyub.
YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının yeni sədri Təranə Kərimova bildirib ki, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın inkişafında hansı rola malik olduğunu dərk etmək üçün həmin dövrdə ölkədə mövcud olan ictimai-siyasi duruma diqqət yetirmək kifayətdir. Milli Qurtuluş Günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu, müstəqil dövlətimizin xilası, xalqımızın qurtuluş bayramıdır.
Ulu öndərin adının insanların qəlbində abidə kimi ucaldığı qeyd edilən tədbirdə bildirilib ki, Azərbaycanın milli dövlətçilik tarixində görkəmli şəxsiyyətlər çox olsa da, Heydər Əliyev qədər öz torpağına, millətinə bu qədər ürəkdən bağlı olan, bütün ömrünü Vətəninə, xalqına həsr edən ikinci bir dövlət xadimi olmayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

