Qaradağda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
13.06.2014 [09:23]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil olunub, məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi xüsusi vurğulanıb. Bildirilib ki, 20 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi gərgin ictimai-siyasi prosesləri təhlil edərək vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkədə həllini gözləyən çox ciddi problemlər özünü göstərirdi: “Təkcə iqtisadi sferada inflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsri 100 dəfəyə qədər artmışdı. Ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Ölkəni vətəndaş müharibəsi təhlükəsi gözləyirdi”.
Aydın Hüseynovun sözlərinə görə, məhz belə bir mürəkkəb şəraitdə xalqımızın təkidli tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı, bütün problemləri qısa bir müddətdə aradan qaldırdı, dövlətçiliyin əsaslarını yaratdı. Hazırda isə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində uğurla inkişaf edir.
Daha sonra tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə İsmayılova, Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Gənclər Birliyi İdarə heyətinin üzvləri Aysel Qəribova, Taleh Həsənzadə, Arzu Mürsəliyeva Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Vurğulanıb ki, 1991-1993-cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı. Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına-Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

