YAP İsmayıllı rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib
11.06.2014 [09:12]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin və İsmayıllı Peşə Tədrisi Mərkəzi ərazi ilk partiya təşkilatlarının üzvlərinin iştirakı ilə tədbir keçirib. Tədbirdə çıxış edən Peşə Tədrisi Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Zaur Muradov bildirib ki, 15 iyun müstəqil dövlətimizin ən önəmli tarixlərindən biridir. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmiz ağır bir sınaqdan üzüağ çıxmağı bacardı. Azərbaycanda daxili siyasi sabitlik bərpa olundu, dövlətimiz inkişaf mərhələsinə qədəm qoydu.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Qeyd edilib ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın müstəqil inkişaf yolu məhz 1993-cü ilin 15 iyunundan başlayır: “Biz bu tarixdən məsafəcə uzaqlaşdıqca və paralel olaraq müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünür. 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Ulu öndər Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. Böyük qayıdış milli istiqlaliyyətimizi və azadlığımızı özümüzə qaytardı, inkişaf yoluna qədəm qoyuldu. Bu gün həmin inkişaf Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir”.
Daha sonra çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru Rəsul Balayev də Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ölkəmizin əldə etdiyi inkişafdan danışıb. Tədbirin sonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş gənclərə isə partiya vəsiqələri təqdim olunub.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

