YAP Binəqədi rayon təşkilatında akademik Vasim Məmmədəliyevlə görüş keçirilib
28.05.2014 [13:00]
Tanınmış dinşünas alim gəncləri milli və dini dəyərlərimizin qorunaraq, inkişaf etdirilməsi istiqamətində fəal olmağa çağırıb
Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vasim Məmmədəliyevlə görüşü keçirilib. YAP Binəqədi rayon təşkilatında keçirilən görüşü giriş sözü ilə açan partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Gənclik, Müasirlik və İslam” mövzusunda keçirilən tədbirin əlamətdar bir gün - 28 May Respublika Günü ərəfəsində keçirildiyini qeyd edib. Ramiz Göyüşov daha sonra akademik Vasim Məmmədəliyevin xidmətləri haqda geniş məlumat verərək, tanınmış alimin bir çox mövzularda onlarla əsərin müəllifi olduğunu, İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”i tərcümə edən şəxslərdən biri olduğunu bildirib.
Gənclər qarşısında çıxış edən akademik Vasim Məmmədəliyev öncə belə bir görüşün təşkilinə görə Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirib. Ölkəmizdə mövcud olan tolerantlıq mühiti haqda danışan tanınmış alim gəncləri milli və dini dəyərlərimizin qorunaraq, inkişaf etdirilməsi istiqamətində fəal olmağa çağırıb.
Vasim Məmmədəliyev deyib ki, məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Akademik, həmçinin, gənclərin ictimai-siyasi cəhətdən fəal olmalarının, Vətəni qorumağın, onların Azərbaycanın davamlı inkişafı naminə daim çalışmalarının vacibliyini də önə çəkib.
Sonra gənclər tanınmış dinşünas alimə onları maraqlandıran müasirlik və din, İslamda əxlaq, İslamda məzhəblər, İslam və digər dinlərarası münasibətlər, gəncliyin milli-mənəvi dəyərləri qoruyaraq inkişaf etməsi kimi mövzularda suallar ünvanlayıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

