Zəngilan ictimaiyyəti Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib
07.05.2014 [09:55]
Dünən Zəngilan rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra şəhərcikdə yerləşən rayon mədəniyyət evində davam etdirilən tədbirdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş söhbət açıb: “Ulu öndərin fəaliyyətinin hər bir sahəsi fundamental tədqiqat mövzusudur. Hələ Sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Ümummilli lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilib. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Ümummilli liderimiz müstəqil dövlətin iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik şəraiti yaratdı. Ulu öndərin əsasını qoyduğu siyasi kurs bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və yeni, müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir”.
Daha sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin Ulu öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin əzmlə davam etdirdiyini bildirib. O, Heydər Əliyevin adının Azərbaycan tarixinə xalqımızın xilaskarı kimi düşdüyünü vurğulayıb. Natiq dünya siyasətçilərinin Ulu öndər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, rayon veteranlar şurasının sədri Əşrəf Şükürov çıxış ediblər. Tədbirdə YAP sıralarına qoşulan üzvlərə üzvlük vəsiqələri təqdim olunub. Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

