/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qubada gənclər üçün “Yaz məktəbi” layihəsi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qubada gənclər üçün “Yaz məktəbi” layihəsi keçirilib
07.05.2014 [09:54]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər İnkişaf Fondunun birgə təşkilatçılığı ilə mayın 2-dən 4-dək Quba rayonunda gənclər üçün “Yaz məktəbi” layihəsi keçirilib.
AzərTAc xəbər verir ki, bu məqsədlə YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin 40-dan artıq fəal üzvünün Quba rayonuna səfəri təşkil edilib.
“Yaz məktəbi”nin iştirakçıları qubalı gənclərlə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada gənclər Ulu öndərin həyatı, fəaliyyəti və zəngin irsi, xüsusi guşələrdə uşaqlıq və gənclik dövrünü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə yaxından tanış olublar.
Daha sonra gənclər YAP Quba rayon təşkilatının inzibati binası qarşısından Ümummilli lider Heydər Əliyevin adını daşıyan parka qədər yürüş ediblər. Onlar burada Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Elə həmin gün “Yaz məktəbi” layihəsinin iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanış olublar. Burada azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin gördüyü işlər, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında “Heydər Əliyev Fondunun 10 illiyi və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə respublikamızla yanaşı dünyanın əksər ölkələrində də silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev həyatı boyu Azərbaycanın məsuliyyətini Öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb. Müstəqilliyimizin möhkəmləndirilməsinin, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsinin, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu gənclərin diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətli inkişaf edən ölkələri sırasına daxil olub.
Bildirilib ki, Ulu öndər Heydər Əliyev hər zaman gənclərin himayədarı olub, onların problemlərini daim diqqət mərkəzində saxlayıb, gənc nəslin sağlam ruhda tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişaf etməsi üçün bir sıra mühüm işlər həyata keçirib. Əsası Ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir.
Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev “dəyirmi masa”da müzakirə olunan mövzunun gənclərimiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Gənclərin diqqətinə çatdırılıb ki, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə, ölkənin sosial-iqtisadi inkişafına böyük töhfə verməkdədir.
Çıxışlarda gənclərə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən YAP-ın Xəzər və Quba rayon təşkilatlarının Gənclər birliklərinin üzvləri Heydər Əliyev Fondunun Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli liderin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr reallaşdırdığını diqqətə çatdırıblar.
Gənclər “Yaz məktəbi”nin onların həyatında unudulmaz anlarla yadda qalacağını, bu layihə nəticəsində mehriban dostlar qazandıqlarını məmnunluqla qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

