/ / Nizami rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib
Nizami rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib
07.05.2014 [09:52]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə” mövzusunda sərgi-tədbir keçirib.
Öncə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov tədbirin keçirilməsi məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib.
Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən geniş söhbət açıb.
Tədbirdə həmçinin, YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü Şükür Mehrabov və digərləri çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan dünyanın sayılan-seçilən, ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bütün bunlar Ulu öndər Heydər Əliyev siyasətinin qələbəsidir.
Tədbirdə Azərbaycanı Türkiyədə şeir müsabiqəsində təmsil etmiş Zeynalabdin Bağırzadə İlyas Tapdıqın “Xalqın böyük oğluna” şeirini səsləndirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Tədbirdə təbii güldən yığılmış Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin Nizami rayonuna səfərindən bəhs edən fotostend, eyni zamanda, rayonda inşa edilmiş “Bakcell Arena” stadionunun, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilmiş bayraq meydanının maketləri nümayiş etdirilib. Həmçinin, tədbirdə 20-yə yaxın rəssam-şagirdlər müasir Azərbaycanın inkişafını nümayiş etdirən şəkillər çəkiblər.
Tədbirin sonunda rəsm əsərlərilə fərqlənən rəssam-şagirdlərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42

