YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib
06.05.2014 [09:01]
İclasda “Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalının təşkili haqqında” məsələ müzakirə olunub
Mayın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan xalqının əlamətdar gün ərəfəsində olduğunu bildirib. Mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü olduğunu deyən A.Rəhimzadə bu tarixin milli bayram səviyyəsində qeyd edildiyini vurğulayıb.
Tədbir iştirakçıları Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra A.Rəhimzadə gündəlikdə duran məsələ haqqında məlumat verib. Komissiya sədri iclasın gündəliyinə “Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalının təşkili haqqında” məsələnin daxil edildiyini bildirib. O, komissiyanın 2014-cü il üçün iş planı haqqında fikirlərini bildirib. Komissiya sədri deyib ki, ölkəmizdə həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf siyasəti müsbət dəyişikliklərə imkan yaradır və bir çox problemlərin həllini, əhalinin rifah halının yaxşılaşmasını təmin edir: “İnsanların sağlamlığının qorunması baxımından ekologiyanın mühafizəsi sahəsində də mühüm tədbirlər həyata keçirilib. Bakı şəhərindəki Balaxanı zibilxanasının ləğv edilməsi, orada müasir zavodun tikilməsi məişət tullantılarının yığılması və emalı sahəsində müsbət dönüş yaradıb, yeni daha yüksək yaşayış standartlarının tətbiqini təmin edib və s”.
A.Rəhimzadə vurğulayıb ki, bu məsələlərlə əlaqədar xüsusi təşkilatlar var ki, onların madd-texniki bazası gücləndirilməlidir: “Onlara imkan yaradılmalıdır ki, bu işin öhdəsindən praktiki cəhətdən gələ bilsinlər. Qərar layihəsində insanların maarifləndirilməsi, bu məsələyə diqqət yetirilməsi, uşaq bağçasından, orta məktəblərdən başlayaraq ali məktəblərə qədər fəallığın artırılması əsas yer tutur”.
Daha sonra komissiyanın üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək deyib ki, uzun illərdir məişət tullantılarının yığılması ilə bağlı böyük problemlər var idi: “Əsas problem ondan ibarət idi ki, tullantıların zərərsizləşdirilməsi sistemi Bakı şəhərində yalnız onların basdırılması və yandırılması ilə həyata keçirilirdi. Təbii ki, bu da Bakı şəhərinin ekologiyasına çox ciddi ziyan vururdu. Ölkə başçısı İlham Əliyevin göstərişi ilə Balaxanı məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu və tullantıların sənaye üsulu ilə, müasir avadanlıqlarla yandırılması zavodunun tikintisindən sonra bu sahədə çox ciddi dönüş yaranıb”.
İclasda həmçinin, komissiyanın digər üzvləri- Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək mövcud vəziyyət haqqında məlumat veriblər. Bildirilib ki, son illər bölgələrin sosial-iqtisadi inkişafı fonunda bu sahədə də ciddi irəliləyişlər əldə olunub. Belə ki, adıçəkilən rayonlarda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı istiqamətində müasir avadanlıq və texnikalardan istifadə olunduğu diqqətə çatdırılıb. Diqqətə çatdırılıb ki, əvvəlki illərlə müqayisədə bu məsələlərdə nəzərəçarpacaq dərəcədə yeniliklər var. Bununla belə, bu sahədə mövcud olan problemlər və onların həlli yolları ilə bağlı təkliflər də iclas iştirakçılarının nəzərinə çatdırılıb.
Müzakirə olunan məsələ ilə əlaqədar çıxış edən tədbir iştirakçıları, bu sahədə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin də zəruriliyini vurğulayıblar.
Müzakirələrdən sonra komissiya üzvləri gündəlikdəki məsələ haqqında qərar qəbul ediblər.
Komissiyanın iclasının qərarında bu məsələ ilə bağlı görülən işlərin təqdir olunması ilə yanaşı, bir sıra problemlərin mövcud olduğu da vurğulanıb. Ona görə, komissiyanın qərarında müəyyən tövsiyələr də verilib.
Qeyd edək ki, iclasda, həmçinin, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, eləcə də, müvafiq rayonların bələdiyyə sədrləri iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

