YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin keçirdiyi turnirin qalibləri mükafatlandırılıb
03.05.2014 [09:57]
Dünən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Gənclər Birliyi tərəfindən Nərimanov rayonu ərazisində yerləşən ali məktəblərin tələbələri arasında keçirilən atıcılıq turnirinə yekun vurulub. Bu münasibətlə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı hər il Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində gənclər arasında müxtəlif yarışların keçirildiyini bildirib. Azərbaycanda sağlam gənc nəslin formalaşmasında Ulu öndərin rolundan bəhs edən Y.Babanlı ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Onun sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Y.Babanlı onu da qeyd edib ki, turnirdə Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələrindən ibarət 8 komanda mübarizə aparıb. Hər komanda 3 nəfərdən ibarət olub. Aprelin 25-də start verilən turnir may ayının 2-də başa çatıb. Turnirdə 1-ci yerin qalibi Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, 2-ci yerin qalibi YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin komandası, 3-cü yerin qalibi isə Bakı Avrasiya Universitetinin komandası olub.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev mərasimdə çıxış edərək Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin əhəmiyyətindən danışıb. T.Tağıyev bildirib ki, bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atıb. Onun sözlərinə görə, artıq gənclərimiz dünyanın böyük idman arenalarında çıxış edərək Azərbaycanın bayrağını yüksəldir, ölkəmizi beynəlxalq aləmə tanıtdırırlar: “Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində və ölkəmizin beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır”.
Rayon təşkilatının sədri qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycanın intensiv tərəqqisi ölkəmizin perspektivinə optimist yanaşmağa əsas verir. Onun sözlərinə görə, bütün sahələrdə praqmatik islahatların həyata keçirilməsi, inkişafın strateji prioritetlərinin müasir dövrün tələblərinə müvafiq surətdə müəyyənləşdirilməsi tərəqqinin Azərbaycan modelinin əsasının qoyulmasını şərtləndirib.
Sonda turnirin qalibləri YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

