/ / Yasamalda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Yasamalda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03.05.2014 [09:52]
Tədbirdə Ümummilli liderin həyat və fəaliyyətindən geniş şəkildə bəhs olunub
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Biznes Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər haqqında geniş məlumat verib: “Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar YAP Yasamal rayon təşkilatında tədbirlər planı hazırlanıb. Əlbətdə ki, bu tədbirlərin keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir daha təhlil etmək, gənc nəslə çatdırmaqdır”.
Daha sonra YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. T.Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir: “O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu öndərin ölməz işıqlı obrazı yaşayır.
Böyük azərbaycanlı, dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycan Onun ölməz ideyalarının işığında ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır. Son illərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar Heydər Əliyev ideallarına, Ulu öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür”.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir: “Düzgün qurulan siyasət nəticəsində Azərbaycan günbəgün inkişaf edir. Ölkəmiz dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, böyük tikinti meydançasını xatırladır. Paytaxt və rayonlarda quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bu uğurlar ölkə əhalisində böyük ruh yüksəkliyi yaradır”.
İ.Mehdiyev Yasamal rayonunda həyata keçirilən tədbirlərdən bəhs edərək vurğulayıb ki, bu işlərin görülməsi İcra Hakimiyyəti ilə YAP Yasamal rayon təşkilatının birgə səylərinin nəticəsidir. İ.Mehdiyev bu birlik sayəsində qarşıdakı tədbirlərin də yüksək səviyyədə həyata keçiriləcəyinə inamını ifadə edib.
Daha sonra Yasamal rayonunda gənclər arasında keçirilən yazı müsabiqəsində 1-ci yeri tutan Bakı Dövlət Universitetinin tələbəsi Eltac Cəbiyev çıxış edərək bildirib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir. Bu uğurların əsasında isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır.
Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

