YAP Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirilib
30.04.2014 [09:02]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirilib. Konfransda YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri Rəna Aslanova hesabat məruzəsi ilə çıxış edərək Daşkəsən rayonunda qadınların ictimai-siyasi fəallığından, ailədə, təhsil, səhiyyə, mədəniyyət və cəmiyyətin digər sahələrində göstərdiyi şəxsi nümunədən danışıb: “İndi YAP Daşkəsən rayon təşkilatının sıralarında qadınların sayı 42 faizdən çoxdur. Onlardan 385 nəfəri ali, 337 nəfəri orta-ixtisas, 1025 nəfəri isə ümumi orta təhsillidir. Qadın partiya üzvlərimizdən gənclərin sayı isə 513 nəfərdir. Qeyd olunan rəqəmlər son üç ildə daha sürətlə artıb. Son illər qadınların rayonumuzda rəhbər vəzifələrə irəli çəkilməsi gender bərabərliyi sahəsində aparılan düzgün siyasətin əyani təzahürüdür”.
Məruzə ətrafında Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva çıxış edib.
Daha sonra YAP Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının yeni tərkibi müəyyənləşib, Rəna Aslanova yenidən YAP Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının sədri, Aybəniz Vəliyeva və Mehriban Rüstəmova sədr müavini seçiliblər, həmçinin, Qadınlar Respublika Konfransına nümayəndələr seçilib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev konfransda yeni tərkibə seçilmiş qadınları təbrik edib və onlara uğurlar arzulayıb.
Sonda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, bu gün həm siyasi, həm iqtisadi sahədə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların fəallığının artırılması və onların ictimai proseslərdə iştirakının təşviq edilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayan Ə.Abıyev deyib ki, Ümummilli liderin bu müdrik siyasəti indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, ölkənin ictimai-siyasi həyatında şəxsi nümunələri ilə fərqlənən yüzlərlə digər qadınlarımızın gördükləri iş, ölkənin daxilində və xaricində Azərbaycan qadını adına qazandıqları uğurlar hər birimizdə böyük fəxarət doğurur”.
Sonda Ə.Abıyev YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının yeni tərkibinə seçilmiş qadınları təbrik edib və onlara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

