YAP Nizami rayon təşkilatı Şurasının iclası keçirilib
30.04.2014 [08:55]
Sədaqət Vəliyeva: Hazırda rayon təşkilatının 141 ərazi ilk partiya təşkilatında 11 minədək partiya üzvü birləşib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Şurasının iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, hazırda rayon təşkilatının 141 ərazi ilk partiya təşkilatında 11 minədək partiya üzvü birləşib: “Ötən il ərzində rayon təşkilatının sıralarına 1111 nəfər qəbul edilib və 26 yeni ilk partiya təşkilatı yaradılıb. Partiyaya qəbul 2012-ci illə müqayisədə 2013-cü ildə 20-25 faiz çox olub. Bu da əlbəttə ki, rayon təşkilatının siyasi-ideoloji fəaliyyətinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə dəlalət edir”.
Sonra iclasın gündəliyi açıqlanıb və ilk olaraq, rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə dair hesabat dinlənilib.
Hesabatı Şura iclasının iştirakçılarının diqqətinə çatdıran YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, rayon təşkilatı 2013-cü il ərzində bir çox işlərə imza atıb: “YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, təşkilat cəmiyyətimizin bütün sosial təbəqələrini əhatələyən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. YAP Nizami rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, əksinə kütləvi tədbirlərlə onun təsirini daha da artırıb”.
Hesabat ətrafında çıxış edən rayon təşkilatının İdarə Heyətinin üzvü, EKOL ərazi ilk partiya təşkilatının sədri Fəxrəddin Quliyev hesabatı qənaətbəxş hesab edib və təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra iclasda YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələrdə çıxış edənlər, eyni zamanda, son illər ölkəmizdə aparılan quruculuq işlərini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
İclasın sonunda YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

