/ / Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
29.04.2014 [09:04]
Dünən Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva, rayonun idarə, müəssisə və icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş Zərifə xanım Əliyevanın onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər çiçəklər düzüb, görkəmli alimin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Mərasim iştirakçıları qarşısında çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan danışıb. Natiq qeyd edib ki, Zərifə xanım Əliyeva istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi. O, xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin həyat yoldaşı, bu gün ölkəmizi yeni qələbələrə aparan Azərbaycan Prezidenti İlham Əliyevin anası olub.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. O, həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb. Natiq Zərifə xanım Əliyevanın bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını qeyd edib.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxışında Zərifə xanım Əliyevanı ictimai fəallığı ilə həkim peşəkarlığını özündə birləşdirən və xalqına sədaqətlə xidmət göstərən ictimai xadim kimi səciyyələndirib.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tanınmış həkim, novator alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əziz xatirəsinin daim qəlblərdə yaşadığını və nəcib keyfiyyətlərinin könüllərdə ona əbədiyaşarlıq qazandırdığını qeyd edib.
Xalq artisti Samir Cəfərovun ifasında səslənən musiqi parçaları tədbiri daha təsirli və yaddaqalan edib.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

