Nizami rayonunda Çernobıl əlilləri böyük diqqət və qayğı ilə əhatələnib
29.04.2014 [09:02]
Sədaqət Vəliyeva: Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Çernobıl əlillərinə diqqət və qayğı artıb
Aprelin 26-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 28 il əvvəl baş vermiş Çernobıl qəzası zamanı zərər çəkmiş rayon sakinləri ilə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, ölkəmizdə və rayonda Çernobıl əlillərinə böyük diqqət və qayğı göstərilir: “Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalayıb. Bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Eyni zamanda, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısının göstərilməsi, onların pensiya və müavinətlərinin artırılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Hazırda əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində çernobılçular üçün yaşayış binasının tikintisi minnətdarlıqla qarşılanıb”.
Çıxış edən Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov Çernobıl əlillərinin, onların ailə üzvlərinin problemlərinin həllinə xüsusi diqqətlə yanaşıldığını bildirib, dövlətimizin bu kateqoriyadan olan insanlar üçün müəyyənləşdirdiyi müavinət və təqaüdlərdən, güzəştlərdən söz açıb, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Sonra çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Nizami rayonu Ağsaqqallar Şurasının üzvü Mail Əliyev və digərləri vurğulayıblar ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı şüalanmadan əlil olmuş insanlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, Çernobıl əlillərinin hüquqları müharibə əlillərinin hüquqları ilə bərabər tutulur. Bildirilib ki, Nizami rayonunda da Çernobıl əlilləri böyük diqqət və qayğı ilə əhatələnib.
Görüşdən sonra Çernobıl qəzasının ildönümü ilə əlaqədar 229 saylı orta məktəbdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmin gün 230-dan artıq Çernobıl əlilinə yardım edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

