/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib
26.04.2014 [11:59]
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən turnirin açılış mərasimi olub
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov rayonunda silsilə tədbirlər keçirilir. Dünən isə bu əlamətdar hadisə ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Gənclər Birliyi tərəfindən Nərimanov rayonu ərazisində yerləşən ali məktəblərin tələbələri arasında atıcılıq turnirinə start verilib. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında turnirin açılış mərasimi keçirilib. Açılış mərasimində YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək bildirib ki, hər il Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində gənclər arasında müxtəlif yarışlar keçirilir. Y.Babanlı ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Onun sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Turnirlə əlaqədar Y.Babanlı qeyd edib ki, Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələrindən ibarət 8 komanda mübarizə aparacaq. Hər komanda 3 nəfərdən ibarətdir. May ayının 2-də isə turnirin finalı olacaq və qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Abiyev turnir iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etdiyini deyən A.Abiyevin sözlərinə görə, bu sahənin də inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Millət vəkili gənclərə Ümummilli liderimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edib. Atıcılıq turnirinin əhəmiyyətindən danışan A.Abiyev müharibə şəriatində olan ölkəmizin bacarıqlı atıcılara ehtiyac olduğunu deyib. Onun fikrincə, bu turnir də gənclərin atıcılığa marağını artıracaq. “Bütövlükdə, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bütün tədbirlər əlamətdardır. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bunun nəticəsində ölkəmizdə bütün sahələr, o cümlədən, idmanın inkişafı böyük vüsət alıb. Azərbaycan artıq dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır” - deyə, A.Abiyev vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov hazırda ölkəmizin bütün guşələrində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib. S.Orucov qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. YAP Gənclər Birliyinin sədri deyib ki, belə turnirlər gənclərin həyatında yaddaqalan hadisələrdəndir. S.Orucov atıcılıq turnirinin gələcəkdə Bakı şəhərinin digər rayonlarında da keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər”.
T.Tağıyev YAP Nərimanov rayon təşkilatının Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu turnir də Ümummilli liderimizin əziz xatirəsinə həsr olunmuş tədbirlərdən biridir.
Nərimanov rayonunda da dövlətin gənclər siyasətinin yüksək səviyyədə həyata keçirildiyini deyən rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etməkdədir. İdarə rəisinin fikrincə, belə turnirlərin keçirilməsi də dövlət qayğısından qaynaqlanır. İştirakçılara uğurlar arzulayan N.Novruzov gələcək illərdə belə tədbirlərin Şuşada, Xankəndində keçirilməsini arzulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59

