/ / YAP Hacıqabul rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirib
YAP Hacıqabul rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirib
26.04.2014 [11:55]
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının və Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilib. Hacıqabul rayon Uşaq Tibb Mərkəzində keçirilən tədbirdə öncə akademik Zərifə xanım Əliyevaya həsr edilmiş film nümayiş etdirilib. Daha sonra Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Beydulla Qarayev geniş məruzə ilə çıxış edərək nəcib insan, tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat yolu haqqında məlumat verib. O bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinin profilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb: “Zərifə xanım hər zaman xalqımızın yaddaşında yaşayacaq. Böyük şəxsiyyət, istedadlı həkim olan Zərifə xanım Əliyeva uzun illər pedaqoq kimi də xalqımızın xidmətində dayanıb. Akademik Zərifə Əliyevanın elmi rəhbərliyi ilə neçə-neçə elmlər doktoru, professorlar yetişib. Zərifə xanımın başladığı yolu həmin insanlar bu gün şərəflə davam etdirirlər”.
YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirib ki, Zərifə xanım Əliyevanın oftalmologiya və ümumilikdə, tibb elminin inkişafındakı xidmətləri əvəzsizdir: “Zərifə xanımın oftalmologiya sahəsində imza atdığı yeniliklər böyük bir məktəbin yaranmasına imkan verib. Bu məktəbin hər bir nümayəndəsi məhz Zərifə xanımdan başlayan bir ənənənin davamçısı olduğunu və bu böyük məsuliyyəti anlayır. Zərifə xanım Əliyeva tanınmış alim olmaqla yanaşı, həm də çox nəcib, əsl Azərbaycan qadınına məxsus xüsusiyyətləri özündə cəmləyən gözəl insan olub”.
Daha sonra tədbirdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının həkimi Türanə Ağamalıyeva, Hacıqabul DəmirYol Xəstəxanasının həkimi Ülkər Ağamalıyeva, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Hacıqabul rayon təşkilatının Qadınlar Şurasının sədri Zeynəb Əsgərova çıxış ediblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

