/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şəmkir rayonunda geniş tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şəmkir rayonunda geniş tədbir keçirilib
24.04.2014 [09:01]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər davam etdirilir. Belə ki, Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov açaraq bildirib ki, Ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var: “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur”.
Sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev geniş məruzə ilə çıxış edərək vurğulayıb ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz gənclərimizin vətənpərvər ruhda inkişafı üçün hər cür şəraiti yaradır. Azərbaycan gəncliyinin inkişafı və ölkəmizdə gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. F.Vəliyev Azərbaycanda gənclərə diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, artıq Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti etibar edir, həm də dünyada hörmət olunur.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev, Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov və digərləri qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində bu gün gənclər cəmiyyətdə öz yerini tuturlar. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

