Salyan rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
29.03.2014 [12:07]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının idarə heyətinin, şuranın üzvləri, ilk ərazi partiya təşkilatlarının sədrləri, partiyanın fəalları iştirak ediblər.
Yığıncaqda çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, erməni millətçiləri və onların havadarları son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə soyqırımı həyata keçiriblər. Qeyd edilib ki, bu etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. R.Cəbrayılov bildirib ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İrandan və Türkiyədən köçürülən ermənilər XX əsrin əvvəllərində Bakıda azərbaycanlılara qarşı soyqırımın fəal iştirakçıları olublar.
Çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Əbülfət Bədəlov, aparat rəhbəri Mirzə Mirzəyev vurğulayıblar ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib. Baş verən soyqırım ilə bağlı sənədlərdəki faktlar sübut edir ki, ermənilər Şamaxıda, Qubada, Salyanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızcasına qətlə yetiriblər.
Çıxışlarda o da qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi və bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dəyərli mənbədir. Bildirilib ki, əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünya ictimaiyyəti xalqımıza qarşı törədilən bu soyqırımı ilə bağlı həqiqətlərlə yaxından tanış olub.
Daha sonra çıxış edən YAP Salyan rayon təşkilatının şura üzvü Yavər Cəbrayılov, Gültəkin Sultanova, Vilayət Əsgərov əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma ocaqlarına qayıdacaqlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

