“Qəhrəmanlıq və vətənpərvərlik simvolu”
29.03.2014 [12:06]
YAP Nizami rayon təşkilatında “Azərbaycan bayrağı” ordenli qəhrəman İbad Hüseynovla görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Azərbaycan bayrağı” ordenli qəhrəman İbad Hüseynovla görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, 31 mart -Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində belə bir görüşün keçirilməsinin rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar ermənilər tərəfindən etnik-milli təmizləmələrə, deportasiyalara, soyqırımına məruz qalmasına baxmarayaq, qəhrəmanlığımızı dəfələrlə sübut edirik, düşmənə sarsıdıcı zərbələr vururuq, torpağımızın hər qarışı üçün savaşırıq: “Eyni zamanda, erməni faşistləri bir daha görürlər ki, Azərbaycanın İbad Hüseynov, şəhid olmuş Mübariz, Fərid kimi qəhrəmanları var və bu Vətən müdafiə olunur, daim müharibəyə, torpaqlarımızı azad etməyə hazırıq”.
Sonra İbad Hüseynovun qəhrəmanlığından bəhs edən film nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud, Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev İbad Hüseynovun qəhrəmanlığını Azərbaycan tarixinin bir səhifəsi kimi qiymətləndirərək son illərdə Azərbaycan dövləti tərəfindən Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinin, eləcə də, Qarabağ haqqında həqiqətlərin dünyaya daha dolğun və obyektiv çatdırılması istiqamətində çox mühüm addımların atıldığını bildiriblər.
Daha sonra “Azərbaycan bayrağı” ordenli qəhrəman kəşfiyyatçı İbad Hüseynov gənclərə öz keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olub. İbad ilə Qarabağda azərbaycanlılara dəhşətli işgəncələr vermiş, türk düşməni, “Avo” ləqəbli erməni terrorçusu Monte Melkonyan kənd məktəbinin həyətində üz-üzə gəliblər. İbad iki dəfə Monteyə atəş açdıqdan sonra erməni komandiri yıxılıb və türkcə Hüseynovdan onu öldürməməsi üçün yalvarıb. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanəvi erməni komandirinin sonu gəlib.
Qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbirin sonunda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bir daha vurğulayıb ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımları haqqında məlumatlı olmaqla yanaşı, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, düşmənə sarsıdıcı zərbələr endirmiş İbad Hüseynovu, bu igid kəşfiyyatçının döyüş yoldaşlarını tanımalı və onlardan nümunə götürməlidirlər. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə qəhrəmanlar təbliğ edilməlidir. Çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün bir örnəkdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

