YAP Qaradağ rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
14.03.2014 [09:26]
Aydın Hüseynov: Məqsədimiz partiya prinsiplərinə sadiq qalaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləmək və bu kursun dövlətimizə qazandırdığı nailiyyətləri geniş ictimaiyyət arasında təbliğ etməkdir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçəklər düzüblər.
Daha sonra tədbir rayondakı Heydər Əliyev Mərkəzində davam etdirilib. Partiyanın Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə YAP-ın yaradılması ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə idi: “Yeni Azərbaycan Pariyasının yaradılması o dövrdə cərəyan edən hadisələrin məntiqindən, zamanın tələbindən irəli gələn və dövlətimizin taleyinin müəyyənləşdirilməsində mühüm bir hadisə idi. Bu partiya qısa bir vaxtda cəmiyyəti öz ətrafına toplayaraq Azərbaycan dövlətçiliyinin xilas olmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, seperatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin olundu, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi”.
A.Hüseynov YAP-ın bu gün partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlərə imza atdığını, illər ötdükcə daha da gücləndiyini və hazırda regionun ən güclü və mütəşəkkil siyasi təşkilatı olduğunu diqqətə çatdırıb.
YAP Qaradağ rayon təşkilatının rayonun ictimai-siyasi həyatında yüksək fəallıqla iştirak etdiyini deyən Aydın Hüseynovun sözlərinə görə, hazırda təşkilatın 122 ərazi ilk partiya təşkilatında 11 mindən artıq üzv birləşib. Rayon təşkilatının sədri deyib ki, təşkilatın əsas məqsədi partiya prinsiplərinə sadiq qalaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməkdir. O, bir daha təşkilatın yaranmasının ildönümü münasibətilə üzvləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən YAP İdarə Heytəinin üzvü Kərim Kərimov deyib ki, 1992-ci ildə Azərbaycanın yenicə qazandığı müstəqilliyini qorumaq, dövlətimizi gücləndirmək və ölkəni bərabərhüquqlu aktor kimi beynəlxalq münasibətlər sisteminə çıxarmaq məqsədilə ətrafında vətənpərvər, uzaqgörən insanları birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı: “Ağır dönəmdə Ulu öndər Heydər Əliyevin ətrafında toplaşmış vətənpərvər insanlar Naxçıvana gedərək Azərbaycanın işıqlı sabahına olan ümidlərinin yalnız və yalnız Ümummilli liderimizlə bağlı olduğunu sübuta yetirdilər. Həyatları təhlükədə olmasına baxmayaraq, dövlətimizin və xalqımızın gələcəyini düşünən bu insanlar yaradılmış partiyanı inkişaf etdirərək hətta deyərdim ki, bütövlükdə regionun avanqard, ən güclü siyasi qüvvəsinə çevirdilər. Ulu öndər Heydər Əliyevin partiyaya rəhbərliyi dönəmində qarşısına qoyduğu məqsəd və vəzifələrə doğru addım-addım irəliləyən Yeni Azərbaycan Partiyası xalqın etimadını doğrultmağa və ətrafında çoxminli kontingent formalaşdırmağa nail oldu. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi də partiyamıza daha böyük uğurlar gətirdi və bu gün də nailiyyətlər seriyası davam etdirilməkdədir”.
Sonra çıxış edən partiya fəallarından Paşa Məmmədov, Hicrət Qaradağlı, Eltun İbrahimov, Məmməd Cəbrayılov və digərləri Yeni Azərbaycan Partiyasının dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışıblar.
Tədbirin sonunda partiyanın fəaliyyətində fərqlənən bir qrup üzvə qiymətli hədiyyələr, diplom və fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

