YAP-ın Humanitar məsələlər komissiyasının iclası keçirilib
14.02.2014 [09:16]
İclasda komissiyanın 2014-cü il üçün iş planı təsdiq olunub
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, “Azərsutikinti” SC-nin sədri Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat verib. Yusif Hümbətov bildirib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb. Onlardan biri də Humanitar məsələlər komissiyasıdır.
İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib.
Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub. Y.Hümbətov bildirib ki, iş planında Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və bölgələrdə Azərbaycanın tarixi və görkəmli şəxsiyyətlərinə həsr olunmuş beynəlxalq konfranslar, YAP fəalları ilə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə, həmçinin, digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək.
Bundan əlavə, YAP-ın qurucuları və ağsaqqalları ilə gənclərin görüşünün təşkili, “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibətilə ARDNŞ və AMEA-nın Tarix İnstitutunun birgə konfransının keçirilməsi, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizə tarixində İrəvan mövzusunda elmi konfransın təşkili, YAP fəallarının iştirakı ilə şəhər və rayonlarda qanvermə aksiyasının keçirilməsi, partiyanın yaranmasının 22-ci ildönümü ilə əlaqədar şəhər və rayonlarda konfransların təşkil edilməsi, “Müstəqil Azərbaycan və Qafqaz bölgəsində mədəniyyətlərarası, sivilizasiyalarası dialoq” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi də iş planına daxildir.
Həmçinin, komissiya uşaq evlərində, internat müəssisələrində xeyriyyə tədbirlərinin təşkil edilməsini də nəzərdə tutur.
Müzakirələr zamanı komissiyanın üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda komissiyanın iş planı təsdiq olunub.
Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına YAP Siyasi Şurasının üzvləri-Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, professorlar İradə Hüseynova və Həsən Mirzəyev daxildir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

