YAP Binəqədi rayon təşkilatının hesabat yığıncağı keçirilib
13.02.2014 [09:11]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Sonra YAP Binəqədi rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. İclası giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat məruzəsi ilə çıxış edib. Partiyanın, o cümlədən rayon təşkilatının 9 oktyabrda keçirilən prezident seçkilərindəki fəaliyyətinə də toxunan natiq “Biz YAP-ın rolunu və əhəmiyyətini, onun cəmiyyətdəki yerini 9 oktyabr prezident seçkilərində bir daha gördük. Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri Prezidentimiz cənab İlham Əliyevin seçki kampaniyasında yaxından və fəal şəkildə iştirak etdilər” deyib.
Onun sözlərinə görə, ötən il YAP Binəqədi rayon təşkilatının həyatında daim yadda qalacaq bir hadisə də yaşanıb: “Belə ki, iyulun 3-də Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev YAP Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edərək bu möhtəşəm sarayı Binəqədi rayon təşkilatına hədiyyə etdi. Rayon təşkilatına göstərdiyi bu diqqətə görə, bir daha möhtərəm Prezidentimizə, partiyamızın Sədri cənab İlham Əliyevə dərin təşəkkürlərimizi bildiririk”.
R.Göyüşov deyib ki, ötən il ərzində partiyaya 1249 nəfər üzv qəbul edilib və rayonda YAP üzvlərinin sayı 14024 nəfər olub. Partiyaya qəbul olunanların 629 nəfərini gənclər, 755 nəfərini isə qadınlar təşkil edir. Ümumiyyətlə, 14024 partiya üzvünün 6860 nəfərini və ya 48,9 faizini qadınlar, 5555 nəfərini və ya 40 faizini gənclər təşkil edir.
Natiq çıxışını “YAP Binəqədi rayon təşkilatı 2014-cü ildə də öz fəaliyyətini partiyanın Nizamnamə və proqramına, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına, partiyanın Mərkəzi Qərargahının və rayon İcra Hakimiyyətinin müəyyən etdiyi strateji xəttə uyğun qurmaq və əldə edilmiş nailiyyətləri davam və inkişaf etdirmək əzmindədir” sözləri ilə tamamlayıb.
Məruzə ətrafında çıxış edənlər hesabatı qənaətbəxş hesab ediblər.
Daha sonra iclasda çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib ki, YAP nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu.
Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən X.İsgəndərov deyib ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada, o cümlədən, Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərində YAP üzvləri də yaxından iştirak edirlər”, - deyən İcra Hakimiyyətinin başçısı, rayon təşkilatının üzvlərini bu istiqamətdə daha fəal olmağa səsləyib.
Çıxışlardan sonra iclasın qərar layihəsi oxunub və hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilib. Eyni zamanda, rayonun ictimai-siyasi həyatında fərqlənən 4 nəfər fəxri fərmanla təltif olunub və YAP-a üzv qəbul olunmuş olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

