İkitərəfli münasibətlərdə mühüm tarixi hadisə
17.07.2026 [13:56]
İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Azərbaycan-Slovakiya münasibətlərinin yüksələn xətlə inkişafında bu amilin rolu özünü aydın şəkildə nümayiş etdirir. Bu günlərdə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana səfər etdi. Peter Pelleqrininin Şuşadan başlanan rəsmi səfəri iki ölkənin münasibətlərində yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi. İki ölkənin münasibətlərinə yeni əlavə edilən istiqamətlərdən biri Slovakiyanın Qarabağın bərpasına dəstəyidir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Səfər zamanı Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti bu məsələyə yönəldərək qeyd etdi ki, biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Son illərdə iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri dinamikliyi ilə diqqətdədir. Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında mühüm dönüş nöqtəsi 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı baş verdi. Prezident İlham Əliyev ilə keçirilən görüşlərin yekununda Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə Bakı-Bratislava münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu sənədlə tərəflər arasında strateji tərəfdaşlığın hüquqi-siyasi əsasları rəsmiləşdirildi.
İmzalanmış sənədlər Azərbaycan və Slovakiya arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, eləcə də ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Strateji tərəfdaşlığın elan edilməsindən sonra yüksəksəviyyəli siyasi dialoq daha da intensiv xarakter alıb. Bu prosesin məntiqi davamı olaraq Prezident İlham Əliyev 2025-ci il dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfərini həyata keçirdi. Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşlərdə strateji tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, investisiya və humanitar əməkdaşlığın perspektivləri ətraflı müzakirə olundu. Bu səfər Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi ikitərəfli münasibətlərdə mühüm tarixi hadisə idi.
Cənab İlham Əliyev mətbuata bəyanatında da qarşılıqlı səfərlərə xüsusi diqqət yönəltdi. Vurğuladı ki, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Slovakiyanın Prezidenti isə bildirdi ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq. Belə bir əminlik də ifadə olundu ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər: “Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, Sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq”.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55

