YAP-ın Gənclər, idman və mədəniyyət komissiyasının iclası keçirilib
12.02.2014 [09:29]
Azərbaycan dövləti uğurlu gənclər siyasəti həyata keçirir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, iclasa YAP Gənclər Birliyinin üzvləri ilə yanaşı, müvafiq dövlət qurumlarının və müxtəlif gənclər təşkilatlarının nümayəndələri də dəvət olunublar. Onun sözlərinə görə, iclasın geniş tərkibdə keçirilməsinin əsas səbəbi ondan ibarətdir ki, cəmiyyətin ayrı-ayrı qruplarını təmsil edən gənclərin fikri, problemləri öyrənilsin və komissiya bu fikirlərdən irəli gələn təklifləri hazırlayıb partiyanın İdarə Heyətinə təqdim etsin.
“Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk vaxtlarda dövlət səviyyəsində gənclərlə iş aparılmamışdı. Ona görə də, gənclər müxtəlif siyasi qrupların qanunsuz silahlı dəstələrinə cəlb edilərək hakimiyyət uğrunda aparılan mübarizədə istifadə olunurdular. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycanın gələcəyinin daha parlaq və müstəqilliyinin əbədi olması üçün Heydər Əliyev gənclərlə işi dövlət siyasətinin prioritet istiqaməti elan etdi. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və müvafiq Fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumu keçirilib, 1997-ci ildə 2 fevral - Gənclər Günü elan edilib, onların problemləri dərindən öyrənilib və aradan qaldırılması üçün konkret addımlar atılıb” - deyə, V.Əliyev vurğulayıb.
Komissiya sədri qeyd edib ki, bu gün Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin sosial-iqtisadi və təhsil problemlərinin həlli istiqamətində böyük işlər görür. Təsadüfi deyil ki, artıq Azərbaycan gənclərinin sorağı beynəlxalq idman arenalarından, dünyada tanınmış elm mərkəzlərindən gəlir. YAP da cəmiyyətimizin ən nüfuzlu siyasi təşkilatı olaraq gənclərlə iş sahəsində dövlətə yaxından kömək göstərir.
İclasda iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atıb. Onun sözlərinə görə, artıq gənclərimiz dünyanın böyük idman arenalarında çıxış edərək Azərbaycanın bayrağını yüksəldir, ölkəmizi beynəlxalq aləmə tanıtdırırlar: “Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində və ölkəmizin beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır”.
İ.Babayev bildirib ki, Azərbaycan əhalisinin böyük bir hissəsinin gənclərdən ibarət olması gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir. “Bu istiqamətdə bir sıra dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib. İndiyədək yüzlərlə gənc bu proqramdan yararlanıb. Azərbaycan gəncliyi ölkəmizi xaricdə layiqincə təmsil edir. Xaricdə təhsil alan hər bir gəncimiz əsl mütəxəssis olmalı, qazandığı bilikləri Azərbaycanın inkişafı naminə istifadə etməlidir” - deyə, nazir müavini vurğulayıb. İ.Babayev YAP Gənclər Birliyinin fəaliyyətini də yüksək qiymətləndirərək təşkilatın daim maraqlı layihələrlə çıxış etdiyini deyib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov da çıxış edərək nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə hazırlanmış proqrama əsasən gənclərin dünyanın ən qabaqcıl universitetlərinə göndərilərək təhsil almaları prosesi uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda 2 min 625 tələbə müxtəlif dövlətlərin 500-dən çox universitetində təhsil alır. Azərbaycanda hər il yeni məktəblər tikilərək istifadəyə verilir: “Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycanın idarəçiliyi etibarlı əllərdə olacaq. Azərbaycanın təhsil strategiyasının əsasında Qərb təhsil modellərinə yiyələnmək dayanır. Bu gün bizim təhsil sistemimiz yüksək səviyyədə inkişaf edib və ölkəmiz bir çox beynəlxalq olimpiadalarda yüksək yer tutub”.
C.Bayramov bildirib ki, Azərbaycan gəncləri ölkənin təhsil siyasətinə öz töhfələrini verirlər. Onun sözlərinə görə, Azərbaycan təhsil sisteminin əsas məqsədi ölkənin gələcəyi üçün yüksəkixtisaslı, milli-mənəvi dəyərlərimizə sadiq olan, peşəkar kadrlar yetişdirməkdir. “Ölkə rəhbərliyi də bu işdə müstəsna addımlar atır. Hazırda Azərbaycanın təhsil sistemi dünyanın bir çox ölkələrində yüksək təhsil sistemi kimi özünü təsdiq edib. Bu işdə isə Azərbaycan gəncləri yaxından iştirak edir” - deyə, nazir müavini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iclasda çıxış edərək dövlətin gənclərə yüksək qayğı göstərdiyini bildirib. O qeyd edib ki, gənclər öz fəaliyyətləri ilə dövlətin etimadını doğrultmalıdır.
İclasda, həmçinin, Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və YAP Gənclər Birliyinin sədri, komissiyanın üzvü Seymur Orucov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, YAP-ın bu sahə ilə bağlı komissiyası dövlətin gənclər siyasətinə öz töhfəsini verəcək.
Sonda isə iclasda iştirak edən gənclər komissiyanın fəaliyyəti ilə bağlı fikirlərini bildirib və müəyyən təkliflərlə çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

