“Qış məktəbi”: Biliklərin mübadiləsinə yardımçı layihə
12.02.2014 [09:21]
YAP Gənclər Birliyinin “Qış məktəbi”nin ikinci günündə müxtəlif mövzularda müzakirələr keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Qış məktəbi”ndə dövlətin gənclər siyasəti barədə geniş fikir mübadiləsi, mühazirələr davam etdirilib. Qrup rəhbərləri olan YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda, Onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə gənclərə diqqət və qayğıdan, bu istiqamətdə təsdiqlənən Dövlət proqramlarından ətraflı bəhs ediblər. Bildirilib ki, gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verir.
Çıxışlarda vurğulanıb ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin böyük çoxluq təşkil etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürüb. O da qeyd olunub ki, dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu vurğulayaraq, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Ölkə Prezidentinin Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda, Prezident Mükafatının təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, onlar arasında sıx əlaqələrin qurulmasına xidmət edən layihələri davamlılığı ilə diqqət çəkir.
Qeyd edək ki, “Qış məktəbi”nin ikinci günündə “Demokratik dövlətin əsas anlayışları” mövzusunda təlim keçirilib. Təlimdə demokratik cəmiyyətin əsas atributları olan söz, mətbuat azadlığından, insan hüquqlarının qorunmasından, demokratik seçkilərin keçirilməsindən, çoxpartiyalı sistemin yaradılmasından geniş bəhs olunub. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ilk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə inamla irəliləyir. V.Rəhimzadə cəmiyyətin güzgüsü olan mətbuatın keçdiyi inkişaf yoluna da diqqəti yönəldərək bildirib ki, Ulu öndər Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın ləğvi, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. “2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımları da davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2010 və 2013-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb” - deyə, baş redaktor vurğulayıb.
YAP Siyasi Şurasının üzvləri, partiyanın Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi ölkədə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından bəhs ediblər. Bildiriblər ki, milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə referendumun keçirilməsi də bu sahəyə diqqətdən irəli gəlir.
YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov ölkədə çoxpartiyalı sistemin yaradılmasından bəhs edərək bildirib ki, siyasi partiyaların normal fəaliyyəti üçün qanunvericilik bazası mövcuddur. “Siyasi partiyalar haqqında” qanunda əksini tapan müddəalar onların normal fəaliyyətinə tam zəmin yaradır.
Günün ikinci yarısında isə “Qış məktəbi” çərçivəsində müxtəlif növ idman yarışları təşkil olunub.
Sonra “Sosial şəbəkələrdə iş” mövzusunda təlim keçirilib. Qeyd edilib ki, müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Hər bir ölkənin inkişafında, tərəqqisində İKT-nin rolu böyükdür. Daim yeniliyə, müasirliyə can atan gənclər bu imkanlardan istifadə edərək ölkənin gələcəyinə dəstək olmalıdırlar.
Diskussiya şəklində davam edən təlimlərdə və debatlarda 3 qrup üzrə iştirak edən gənclər əldə etdikləri biliklərdən, məlumatlardan məmnunluqlarını ifadə edib, bir daha bu gerçəkliyi təsdiqləyiblər ki, “Qış məktəbi” biliklərin mübadiləsinə yardımçı olan layihələrdəndir.
Ceyhun PİRİYEV,
“İki sahil”, Oğuz
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

