Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
07.07.2026 [16:06]
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına səfərə gəlmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Ursula Fon der Lyayen ilə təkbətək və geniş tərkibdə görüşü olmuşdur. Görüş zamanı Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının mühüm strateji tərəfdaşlarından biri olduğunu, tərəflər arasında əməkdaşlığın etibarlı və möhkəm əsaslar üzərində inkişaf etdiyini bildirmiş, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, dayanıqlı sülhün təmin edilməsi, iki ölkə arasında ticarət əlaqələrinin qurulması, eləcə də Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən tranzit qaydasında daşınması müsbət qiymətləndirilmiş, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesinə bundan sonra da hərtərəfli dəstək verməyə hazır olduğu diqqətə çatdırılmışdır. Müzakirələrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə xüsusi qeyd edilmiş, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirməsi, xüsusilə 2022-ci ildən etibarən Avropa İttifaqına təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması məmnunluqla qarşılanmışdır. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata təqdim olunan bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlandığını göstərən mühüm siyasi sənəd xarakteri daşıyır. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin çıxışları göstərir ki, tərəflər artıq münasibətləri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşdırmır, onu nəqliyyat, yaşıl enerji, rəqəmsal transformasiya, regional təhlükəsizlik, sülh quruculuğu və iqtisadi inteqrasiya kimi geniş istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədirlər.
Ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin qeyd etdiyi "görünməmiş dinamika" ifadəsidir. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin ardıcıl olaraq Azərbaycana səfərləri – əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti, daha sonra Avropa diplomatiyasının rəhbəri, nəhayət isə Avropa Komissiyasının Prezidentinin Bakıya gəlməsi Brüsselin Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi qiymətləndirdiyini nümayiş etdirir. Bu dinamika qarşılıqlı siyasi etimadın güclənməsinin göstəricisidir.
Bəyanatların əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi idi. Prezident İlham Əliyev xatırlatdı ki, dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu nəticəsində Azərbaycanın Avropa İttifaqına qaz ixracı təxminən 65 faiz artıb və hazırda ölkənin qaz ixracının yarısı Avropa bazarına yönəlir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da möhkəmləndirib.
Ursula fon der Lyayen də öz çıxışında bunu açıq şəkildə etiraf edərək bildirdi ki, Rusiyanın enerjini siyasi təzyiq vasitəsinə çevirdiyi dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu qiymətləndirmə Azərbaycanın beynəlxalq enerji bazarındakı nüfuzunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Lakin yeni mərhələnin əsas fərqi ondan ibarətdir ki, əməkdaşlıq artıq yalnız təbii qazla məhdudlaşmır. Prezident İlham Əliyev bildirdi ki, imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində Azərbaycanda 8 giqavat gücündə günəş və külək enerjisi istehsal olunacaq. Bu isə ölkənin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində atılmış ən böyük addımlardan biridir.
Avropa Komissiyasının Prezidenti də "Yaşıl Enerji Dəhlizi" layihəsini yüksək qiymətləndirərək Azərbaycanın gələcəyin enerji mərkəzlərindən birinə çevrilmək potensialına malik olduğunu bildirdi. Bu baxımdan Xəzər dənizinin külək enerjisi ehtiyatları, Qara dəniz vasitəsilə Avropaya elektrik enerjisinin ötürülməsi və regional enerji şəbəkələrinin formalaşdırılması gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirildi.
Bəyanatlarda diqqət çəkən digər mühüm istiqamət nəqliyyat və logistika oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir və ölkə bu istiqamətdə infrastrukturun genişləndirilməsinə böyük sərmayələr yatırır. Azərbaycanın coğrafi mövqeyi onu Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzinə çevirir.
Ursula fon der Lyayen isə Avropa İttifaqının "Qlobal Qapılar" proqramı çərçivəsində Cənubi Qafqazın nəqliyyat, enerji və rəqəmsal bağlantısına 200 milyon avroya qədər qrant ayıracağını açıqladı. Bu vəsaitin iki milyard avroya qədər əlavə dövlət və özəl investisiyaları cəlb etmək potensialına malik olması xüsusi əhəmiyyət daşıyır. Layihələr sırasında Bakı limanının inkişafı və Naxçıvan istiqamətində dəmir yolu bağlantısının yaradılması Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər.
Bəyanatların ən mühüm siyasi hissəsi Azərbaycan–Ermənistan münasibətlərinə həsr olundu. Prezident İlham Əliyev qeyd etdi ki, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması nəticəsində bölgədə de-fakto sülh formalaşıb. Azərbaycan sülhün praktik nəticələrini göstərmək üçün Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb, enerji daşıyıcılarının ixracına başlayıb və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində addımlar atır.
Ursula fon der Lyayen də bu prosesi son onilliklərin region üçün ən mühüm hadisəsi adlandırdı və Prezident İlham Əliyevin liderlik rolunu xüsusi qeyd etdi. Avropa İttifaqının 20 milyon avroluq sülh proqramı da məhz sərhəd bölgələrinin inkişafına, minatəmizləməyə, səhiyyəyə və kiçik sahibkarlığın dəstəklənməsinə yönəldiləcək.
Bu yanaşma onu göstərir ki, Avropa İttifaqı artıq Cənubi Qafqazda yalnız siyasi vasitəçi deyil, həm də sülhün iqtisadi əsaslarını formalaşdırmaq istəyən tərəfdaş kimi çıxış edir.
Nəticə etibarilə, Prezident İlham Əliyev və Ursula fon der Lyayenin Bakıdan verdikləri mesajlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafını müəyyənləşdirən mühüm siyasi yol xəritəsi kimi qiymətləndirilə bilər. Bu əməkdaşlıq modeli qarşılıqlı maraqlara, etibarlı tərəfdaşlığa, regional sabitliyə və uzunmüddətli iqtisadi inkişaf hədəflərinə əsaslanır. Azərbaycanın təşəbbüsləri və Avropa İttifaqının dəstəyi fonunda Cənubi Qafqazın əməkdaşlıq, inteqrasiya və dayanıqlı inkişaf məkanına çevrilməsi üçün real imkanlar daha da genişlənir.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

