Tərtərli gənclər də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
04.02.2014 [09:19]
Tərtərdə 2 fevral - Gənclər Gününə həsr edilmiş ümumrayon toplantısı keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gənclər Mərkəzindəki büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının I müavini Ramiz Şabanov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti barədə məlumat verib, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin xüsusi önəm kəsb edən fəaliyyətindən söz açıb.
Daha sonra Gənclər və İdman İdarəsinin rəis əvəzi İsmayıl İsmayılov geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan gəncliyi həyatımızın bütün sahələrində mühüm qüvvəyə çevrilib. Eyni zamanda, Tərtər gəncləri də rayonun sosial-iqtisadi, ictimai-mədəni, idman həyatında böyük fəallıq göstərirlər. Tərtərli gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu deyən natiq bildirib ki, Prezident İlham Əliyevin şəxsən iştirakı ilə bu rayonda Gənclər Mərkəzinin açılışı, dövlətimizin başçısının tərtərli gənclərlə görüşü onlara göstərilən qayğının bariz nümunəsidir.
Qeyd olunub ki, Tərtər rayonunda gənclər üçün süni örtüklü idman meydançaları tikilib istifadəyə verilib, əhalinin asudə vaxtının səmərəli təşkili üçün parklar və istirahət guşələri yaradılıb, Olimpiya İdman Kompleksinin inşasına başlanılıb. Ötən il rayon idmançılarından 6 nəfəri kikboksinq, 1 nəfəri boks üzrə Azərbaycan çempionu olub, bir nəfər qadın idmançı Şaolin Sanda idman növü üzrə dünya çempionu adına layiq görülüb.
Mərasimdə çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Gənclərin təhsili, vətənpərvərlik tərbiyəsi, gənclər təşkilatlarının formalaşması və fəaliyyəti diqqət mərkəzindədir.
Sonda rayonun ictimai-siyasi həyatında və idman sahəsində fərqlənən bir qrup gəncə fəxri fərmanlar, diplom və qiymətli hədiyyələr təqdim olunub.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

