Nizami rayon gəncləri bayram tədbiri keçiriblər
04.02.2014 [09:11]
Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xəmsə” restoranında 2 fevral - Gənclər Günü münasibəti ilə bayram şənliyi keçirilib.
Tədbiri giriş sözü ilə açan Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gəncliyi yeni və müasir inkişaf mərhələsinə qədəm qoydu: “Bu gün Azərbaycan gəncliyi inkişaf və tərəqqi etməklə yanaşı, həm də Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Əlbəttə ki, Ulu öndərin yolunun layiqli davamçısı cənab Prezident İlham Əliyev praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri nəinki ölkənin inkişaf etdirilməsi prosesində iştirak edir, həmçinin, xarici dövlətlərdə doğma məmləkətimizin maraqlarını müdafiə edirlər”.
Daha sonra tədbirdə çıxış edən Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev xatırladıb ki, Ümummilli lider Heydər Əliyevin qərarı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb: “Eyni zamanda 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 2-dən isə Azərbaycan gəncləri hər il bu günü təntənəli şəkildə bayram kimi qeyd edir”.
Natiq onu da deyib ki, bu gün Nizami rayonunun gəncləri beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək, Azərbaycan bayrağını zirvələrə ucaldırlar.
YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov isə öz növbəsində vurğulayıb ki, Nizami rayon gəncləri sosial-intellektual sahədə əhəmiyyətli nailiyyətlər əldə etməklə yanaşı, ölkənin ictimai-siyasi proseslərində də aktiv iştirak edir və öz töhfəsini verirlər: “Azərbaycanda keçirilmiş son prezident seçkilərində gənclərin xüsusi fəallıq göstərməsi onların dövlətə və xalqa olan sədaqətini isbatlamış oldu. Bu sırada Nizami rayon gənclərinin xüsusi əməyini qeyd etmək lazımdır”.
Daha sonra göstərdikləri fəallıqlara və nailiyyətlərinə görə bir qrup gənc fəxri fərman və diplomlarla təltif edilib, eyni zamanda partiya sıralarına yeni qoşulmuş gənclərə vəsiqələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

