YAP-ın iqtisadi məsələlər komissiyasının iclası keçirilib
29.01.2014 [09:05]
İclasda komissiyanın 2014-cü il üçün Fəaliyyət planı təsdiq edilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) iqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü il üçün Fəaliyyət planı müzakirə edilib.
YAP-ın iqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov fəaliyyət planında nəzərdə tutulan məsələlər haqqında məlumat verib. E.İbrahimov bildirib ki, komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğinə yönəlmiş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. Onun sözlərinə görə, tədbirlər sırasına ilk olaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər barədə KİV-lərin iştirakı ilə təşviqat xarakterli konfransların təşkil olunması daxildir.
Bundan əlavə, regionların inkişafı ilə bağlı nəzərdə tutulan yeni Dövlət Proqramı, ölkədə kənd təsərrüfatının inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə təqdimatların keçirilməsi də YAP-ın iqtisadi məsələlər komissiyasının fəaliyyət planına daxildir. “Son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib. Təbii ki, bu prosesdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının uğurla həyata keçirilməsi başlıca rol oynayır” - deyən, E.İbrahimov bildirib ki, regionların inkişafında sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. “Bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir. Dövlətimiz hər il sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmi hər il artımla müşahidə olunur. Bu dövlətimizin sözügedən sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emalyönümlü müəssisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb” - deyə, komitə sədri vurğulayıb. E.İbrahimov aqrar sahənin inkişafı üçün kooperativlərin yaradılmasının da zəruriliyini vurğulayıb.
Komissiyanın sədri onu da bildirib ki, Prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da partiyanın iqtisadi məsələlər komissiyasının gündəmində olan əsas məsələlərdən biridir.
İclasda komissiyanın üzvlərindən YAP Siyasi Şurasının üzvləri- Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Vaqif Hüseynov və Aslan Aslanov çıxış edərək 2014-cü ilin fəaliyyət planı haqda fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, gələcəkdə komissiyanın işinə, keçirilən tədbirlərə iqtisadçı-mütəxəssislərin də cəlb olunması zəruridir və bu ümumi işin xeyrinədir.
Müzakirələrin sonunda YAP-ın iqtisadi məsələlər komissiyasının 2014-cü il üçün Fəaliyyət planı təsdiq edilib.
Həmçinin, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini seçilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

