/ / YAP Masallı rayon təşkilatının Gənclər Birliyi 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib
YAP Masallı rayon təşkilatının Gənclər Birliyi 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib
29.01.2014 [08:54]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Gənclər Birliyi 2 fevral - Gənclər Günü münasibətilə “Böyük xilaskar və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Sonra tədbir Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatının akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev açaraq bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Gənclərə diqqət və qayğı Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edib. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü elan edilib. Təsadüfi deyil ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, məhz Azərbaycanda qeyd olunmağa başlayıb. Gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə natiq vurğulayıb.
Sonra gənc YAP üzvü Röya Babayeva çıxış edərək, Gənclər Gününün mahiyyətindən danışıb. O, YAP Masallı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti haqda məlumat verərək bildirib ki, 2013-cü ildə rayon təşkilatına 289 gənc ərizə ilə müraciət edərək partiya sıralarına daxil olub, onlardan 112 nəfərini qadınlar təşkil edib. Hazırda YAP Masallı rayon təşkilatında gənclərin sayı 2354 nəfərə çatıb. 2013-cü ildə partiya sıralarına daxil olan gənclərin 74 nəfəri ali, 26 nəfəri orta ixtisas təhsilli, ümumilikdə isə 713 nəfər ali, 375 nəfər isə orta ixtisas təhsillidir. YAP Masallı rayon təşkilatında, həmçinin, 700 nəfərdən çox gənc qadın üzvlər vardır.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvlərindən Yafəs Kərimov, Sübhan Şiriyev və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının gələcəyinin ölkəmizin gələcəyi kimi parlaq olduğunu bildiriblər.
Daha sonra YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Qəşəm Hadıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan söz açıb.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr, partiya həyatında fəal iştirakına görə bir qrup gənclərə isə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

