Şuşa Bəyannaməsinin siyas əhəmiyyəti
10.06.2026 [16:23]
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Siyasi proseslərin dinamikası göstərir ki, regionların taleyini müəyyən edən əsas faktorlar təkcə coğrafiya və resurslar deyil. Dövlətlərin strateji qərarları, onların gələcəyə hesablanmış siyasəti və qurduqları müttəfiqlik əlaqələri yeni siyasi reallıqlar yaradır. Son illərdə Cənubi Qafqazda baş verən hadisələr də bu reallığın ən aydın nümunəsidir. Azərbaycanın milli maraqlara əsaslanan siyasəti və Türkiyə ilə formalaşdırdığı müttəfiqlik münasibətləri regionun geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişdirmişdir.
Şuşa Bəyannaməsi məhz bu dəyişikliklərin siyasi ifadəsi və hüquqi təminatı kimi çıxış edir. Bu sənəd təkcə iki dövlət arasındakı münasibətlərin yeni mərhələsini müəyyən etmədi, eyni zamanda Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasının əsas konturlarını formalaşdırdı. Uzun illər region müxtəlif siyasi maraqların toqquşduğu məkan kimi qəbul edilirdi. Xarici güclərin rəqabəti, təhlükəsizlik problemləri və davam edən münaqişələr bölgənin inkişaf potensialına ciddi təsir göstərirdi. Lakin Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra yaranan yeni vəziyyət siyasi proseslərin məzmununu dəyişdi. Artıq bölgədə qarşıdurma deyil, əməkdaşlıq imkanları daha çox müzakirə edilir.
Şuşa Bəyannaməsinin mühüm xüsusiyyətlərindən biri də onun siyasi çəkisidir. Çünki burada söhbət sıradan diplomatik münasibətlərdən getmir. Burada regional təhlükəsizlik sisteminin yeni modelindən, qarşılıqlı strateji məsuliyyətdən və gələcəyə hesablanmış siyasi əməkdaşlıqdan bəhs olunur. Azərbaycan Prezidenti cnab İlham Əliyevin fikirləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir." Bu siyasi baxış təkcə keçmişlə gələcək arasında əlaqə yaratmır, eyni zamanda yeni geosiyasi düşüncə xəttini müəyyən edir. Sənədin xüsusi əhəmiyyət kəsb edən istiqamətlərindən biri beynəlxalq siyasi koordinasiya məsələsidir. Müasir diplomatik münasibətlər sistemində dövlətlərin ayrıca fəaliyyət göstərməsi artıq əvvəlki qədər effektiv hesab olunmur. Qlobal siyasi proseslərdə vahid mövqedən çıxış etmək, ortaq maraqları müdafiə etmək və beynəlxalq platformalarda əlaqələndirilmiş siyasət həyata keçirmək mühüm amilə çevrilmişdir.
Azərbaycan və Türkiyə bu istiqamətdə uzun illər ərzində uğurlu əməkdaşlıq modeli formalaşdırmışdır. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, regional layihələrin təşviqi və qlobal çağırışlara ortaq yanaşma hər iki ölkənin siyasi mövqeyini daha da gücləndirmişdir. Şuşa Bəyannaməsi ilə bu əməkdaşlıq daha sistemli xarakter almışdır. Xarici siyasət sahəsində müntəzəm məsləhətləşmələrin aparılması, strateji məsələlər üzrə koordinasiyanın genişləndirilməsi və ortaq maraqların müdafiəsi sənədin mühüm istiqamətlərindən biridir. Siyasi gücün əsas göstəricilərindən biri də iqtisadi imkanlardır. İqtisadi potensial olmadan siyasi təsir imkanlarını genişləndirmək mümkün deyil. Bu baxımdan Azərbaycan və Türkiyə arasında formalaşmış iqtisadi münasibətlər regional inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir.
Qarşılıqlı investisiyaların artması, enerji layihələrinin genişləndirilməsi, yeni nəqliyyat marşrutlarının yaradılması və ticarət əlaqələrinin dərinləşdirilməsi hər iki dövlətin iqtisadi imkanlarını gücləndirməklə yanaşı, onların beynəlxalq nüfuzunu da artırır.
Xüsusilə Zəngəzur dəhlizinin reallaşması yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına ciddi təsir göstərəcəkdir. Bu layihə yalnız iki ölkəni birləşdirən nəqliyyat xətti deyil, həm də regionun iqtisadi xəritəsini dəyişdirə biləcək strateji təşəbbüsdür. Şuşa Bəyannaməsində informasiya təhlükəsizliyi və diaspor əməkdaşlığı məsələlərinin də yer alması diqqət çəkən məqamlardandır. Müasir dövrdə informasiya məkanı siyasi mübarizənin əsas istiqamətlərindən birinə çevrilmişdir. Dövlətlərin beynəlxalq nüfuzu təkcə siyasi qərarlarla deyil, həm də qlobal informasiya məkanında formalaşdırılan təsir imkanları ilə ölçülür.
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının genişləndirilməsi, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsi və informasiya siyasətinin vahid maraqlar əsasında qurulması strateji əhəmiyyət daşıyır.
Şuşada atılmış siyasi imza qısa zaman ərzində regional miqyasdan çıxaraq beynəlxalq diqqət mərkəzinə çevrilməyi bacardı. Bunun əsas səbəbi sənədin yalnız cari dövr üçün deyil, uzunmüddətli perspektiv üçün nəzərdə tutulmasıdır. Şuşa Bəyannaməsi artıq hüquqi sənəd olmaqdan daha böyük məna daşıyır. O, regional güc münasibətlərinin yeni mərhələsini müəyyən edən siyasi iradənin və strateji düşüncənin ifadəsinə çevrilmişdir. Azərbaycanın artan siyasi nüfuzu və Türkiyənin qlobal təsir imkanları birlikdə Cənubi Qafqazın yeni siyasi ağırlıq mərkəzini formalaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10

