Enerji diplomatiyası və milli inkişafın yeni mərhələsi
04.06.2026 [10:46]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
İyunun 1-də “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqləyir ki, Azərbaycan enerji sahəsində əldə etdiyi nailiyyətlərlə yalnız regional deyil, həm də qlobal miqyasda mühüm mövqeyə malik dövlətlərdən birinə çevrilib. Son otuz ildə həyata keçirilən enerji siyasəti nəticəsində ölkə etibarlı tərəfdaş, sabit enerji təchizatçısı və beynəlxalq əməkdaşlığın vacib iştirakçısı statusunu qazanıb.
“Bakı Enerji Həftəsi” dünyanın müxtəlif regionlarından siyasətçiləri, enerji şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu tədbir hazırda enerji sahəsində qlobal əməkdaşlığın mühüm mərkəzlərindən biri hesab olunur. 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsi müasir qaz sənayesinin inkişafında dönüş nöqtəsi olmuş, sonrakı dövrdə həyata keçirilən iri layihələrin əsasını təşkil etmişdir.
Müstəqilliyin ilk illərində qarşıda duran əsas vəzifələrdən biri təbii sərvətlərin xalqın rifahına xidmət edən strateji amilə çevrilməsi idi. Uzaqgörən enerji siyasəti nəticəsində bu məqsədə nail olunub. Enerji layihələrindən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirilib, müasir infrastruktur yaradılıb, sosial rifah yüksəlib və dövlətin müdafiə imkanları gücləndirilib.
Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlardan biri enerji gəlirlərinin ölkəmizin inkişafında rolu olub. Məhz bu iqtisadi imkanlar hesabına güclü ordu yaradılıb və torpaqlarımız işğaldan azad edilib. Bu fakt bir daha sübut edir ki, düzgün idarə olunan enerji resursları dövlətlərin strateji hədəflərinə çatmasında mühüm rol oynayır. Müasir dövrdə enerji təhlükəsizliyi qlobal təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi gərginliklər enerji bazarlarında qeyri-müəyyənlik yaratsa da, Azərbaycan sabit və etibarlı təchizatçı kimi öz mövqeyini qoruyur. Bu etibarlılığın əsasında isə uzun illər ərzində yaradılmış nəhəng enerji infrastrukturu dayanır.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri Xəzər hövzəsinin enerji ehtiyatlarını dünya bazarlarına çıxaran strateji marşrutlar kimi böyük əhəmiyyət daşıyır. Xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, mənbələrin və marşrutların şaxələndirilməsində vacib rol oynayır.
Azərbaycan qazının ixrac coğrafiyasının sürətlə genişlənməsi enerji siyasətinin uğurlarını təsdiqləyən əsas göstəricilərdən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və həmin dövlətlərin 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici ölkənin Avropa enerji bazarındakı əhəmiyyətini daha da artırır və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin uğurunu nümayiş etdirir.
Enerji sektorunda əldə edilən nailiyyətlər yeni layihələrin reallaşdırılması üçün də geniş imkanlar yaradır. “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, “Abşeron” yatağı və digər perspektivli sahələr gələcək onilliklər ərzində qaz hasilatının artırılmasına şərait yaradacaq. Mövcud ehtiyatların isə ən azı növbəti yüz il ərzində daxili və xarici tələbatı ödəməyə kifayət edəcəyi bildirilir.
Bununla yanaşı, enerji siyasətinin yeni istiqamətlərindən biri yaşıl enerji sektorunun inkişafıdır. Qlobal iqlim çağırışları və dayanıqlı inkişaf məqsədləri bərpaolunan enerji mənbələrinin əhəmiyyətini daha da artırır. Bu sahədə investorlar üçün əlverişli mühit formalaşdırılıb və artıq bir sıra layihələr uğurla həyata keçirilir. Günəş və külək enerjisi sahəsində reallaşdırılan layihələr nəticəsində yaxın illərdə ölkənin enerji balansında bərpaolunan mənbələrin payı əhəmiyyətli dərəcədə artacaq. Qarabağ və Şərqi Zəngəzurda istifadəyə verilən hidroenerji stansiyaları da həmin prosesə mühüm töhfə verir. Beləliklə, ənənəvi enerji ilə yaşıl enerji arasında balanslı inkişaf modeli formalaşır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, artıq bir sıra layihələrimiz istismar mərhələsindədir: “Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqamlardan biri nəqliyyat-kommunikasiya layihələrinin enerji siyasəti ilə vəhdət təşkil etməsi idi. Şərq-Qərb dəhlizinin uğurlu fəaliyyəti, eləcə də gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun logistika imkanlarını genişləndirəcək, ticarət və iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcək. Bütün bunların reallaşmasının əsas şərtlərindən biri isə uğurlu diplomatiyadır. Dənizə birbaşa çıxışı olmayan bir dövlət kimi Azərbaycan enerji resurslarını beynəlxalq bazarlara çatdırmaq üçün geniş əməkdaşlıq şəbəkəsi formalaşdırıb. Qonşu dövlətlərlə və strateji tərəfdaşlarla qurulan etibarlı münasibətlər bu layihələrin uğurla həyata keçirilməsinə imkan yaradıb.
Beləliklə, “Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi gücünün və diplomatik imkanlarının təqdim olunduğu mühüm platformadır. Enerji sahəsində düşünülmüş və ardıcıl siyasət gələcək uğurların da etibarlı təminatıdır. Qarşıdakı dövrdə həm ənənəvi enerji resursları, həm də yaşıl enerji layihələri ölkənin qlobal enerji sistemində rolunu daha da gücləndirəcək və yeni əməkdaşlıq imkanları yaradacaqdır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

