20 Yanvar şəhidləri Azərbaycan gəncliyi üçün qəhrəmanlıq nümunəsidir
22.01.2014 [11:39]
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyi ilə birgə keçirilən tədbiri giriş sözü ilə rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev açıb.
Natiq qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir: “Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Sonra YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvü Eldəniz Məmmədov geniş məruzə ilə çıxış edib. O da öz növbəsində 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndirib.
“O məsum gecədə qətlə yetirilənlərin əksəriyyəti gənclər idi. Onları Azadlıq meydanına öz ölkələrini müstəqil və azad görmək arzuları gətirmişdi. Həyatlarının çiçəklənən bir vaxtında şəhidlik zirvəsinə ucalan həmyaşıdlarımızın adı indi bütün xalqın and yerinə çevrilib”, - deyən YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov onu da xüsusi vurğulayıb ki, 20 Yanvar şəhidləri Azərbaycan gəncliyi üçün bir qəhrəmanlıq nümunəsidir.
Daha sonra Mərkəzi şəhər xəstəxanasının əməkdaşı Ləman Cəfərli, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Etibar Məmmədov və başqaları çıxış edərək, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin hər zaman belə əziz tutulmasını xalqın öz keçmişinə ehtiramla yanaşmasının nəticəsi kimi qiymətləndiriblər.
Sonra ümumşəhər məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi Şəhriyar Ağayarov YAP Yevlax rayon təşkilatı tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

