Azərbaycanın Enerji İnkişafında Yeni Mərhələlər
02.06.2026 [12:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı ölkəmizin enerji sektorunun keçdiyi inkişaf yolundan və bu sahədə əldə olunan mühüm nailiyyətlərdən bəhs etmişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın enerji inkişafının əsas təməli 1994-cü ildə imzalanmış və ölkənin müasir tarixində dönüş nöqtəsi hesab olunan “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Həmin müqavilə Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etmiş, ölkəyə iri həcmli xarici investisiyaların cəlb olunmasına şərait yaratmış və milli iqtisadiyyatın sürətli inkişafına güclü təkan vermişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, son otuz ildən artıq dövr ərzində həyata keçirilən ardıcıl enerji siyasəti nəticəsində Azərbaycan dünyanın etibarlı enerji tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft və qaz yataqlarının işlənilməsi, yeni ixrac marşrutlarının yaradılması və müasir enerji infrastrukturunun qurulması ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP layihələri regionun enerji xəritəsini dəyişdirən mühüm layihələr kimi tarixə düşmüşdür. Bu layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə Avropa və region ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident çıxışında vurğulamışdır ki, enerji sahəsində həyata keçirilən bütün layihələr qarşılıqlı fayda, etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanmışdır.
Dövlət başçısı Azərbaycanın təbii qaz ixracının son illərdə əhəmiyyətli dərəcədə artdığını, ölkəmizin bir çox dövlətlərin enerji təhlükəsizliyinə töhfə verdiyini diqqətə çatdırmışdır. Hazırda Azərbaycan qazı geniş coğrafiyanı əhatə edən bazarlara nəql olunur və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar araşdırılır. Bu gün ölkəmiz enerji təchizatında etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışında enerji siyasətinin yeni istiqamətlərinə də toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan artıq yalnız ənənəvi enerji resurslarının istehsalı və ixracı ilə kifayətlənmir, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji balansında “yaşıl enerji”nin payının artırılmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
Son illərdə xarici investorlarla imzalanmış müqavilələr nəticəsində ölkəmizdə böyük həcmdə günəş və külək elektrik stansiyalarının tikintisi həyata keçirilir. Bu layihələr enerji istehsalının şaxələndirilməsinə, təbii qaz ehtiyatlarının daha səmərəli istifadəsinə və ekoloji dayanıqlığın təmin olunmasına xidmət edir. Eyni zamanda, yaşıl enerjinin ixracı istiqamətində aparılan işlər Azərbaycanın gələcək enerji strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər də Azərbaycanın enerji sahəsində qazandığı uğurların nümayişi baxımından böyük əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin, enerji şirkətlərinin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilən bu tədbir əməkdaşlığın genişləndirilməsi, yeni investisiya imkanlarının müzakirəsi və müasir texnologiyaların təqdim olunması üçün mühüm platforma rolunu oynayır.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycanın enerji siyasəti uzaqgörən strategiyaya əsaslanır. 1994-cü ildən başlanan inkişaf yolu bu gün ölkəmizi qlobal enerji bazarının mühüm iştirakçılarından birinə çevirmişdir. Neft və qaz layihələri ilə yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın enerji sektorunda yeni mərhələnin əsasını təşkil edir. Bütün bunlar ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsinə, beynəlxalq mövqeyinin güclənməsinə və davamlı inkişaf məqsədlərinə nail olunmasına xidmət edir.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

